2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Simonyan da Konstitusiyanın dəyişməsinin tərəfdarıdır

“Ermənistan vətəndaşları vətəninin haradan başladığını və harada bitdiyini bilmir”

Ermənistanın Milli Assambleyasının sədri Alen Simonyan hazırkı Konstitusiyada regionda yeni geosiyasi dəyişikliklər kontekstində qəbuledilməz müddəaların olduğunu deyir.

Bu barədə Alen Simonyan yanvarın 31-də Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşdə danışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Onun fikrincə, Ermənistan Respublikası yaranandan onun sənədlərində bütün geosiyasi dəyişikliklər və hadisələr nəzərə alınmaqla yenidən işlənməli olan müddəalar var:

“Biz Ermənistanın hara getdiyini, hansı məqsədlər güddüyünü, niyə mövcud olduğunu başa düşməliyik”.

Spiker düşünür ki, bu suallara aydın cavablar verilməlidir.

Onun sözlərinə görə, bir çox sualların cavabları cəmiyyətə aydın deyil:

“Bu məsələdə bizimlə heç kim mübahisə edə bilməz. Amma Ermənistan vətəndaşları vətəninin haradan başladığını və harada bitdiyini bilmir. Bəli, Ermənistan dağları mənim vətənimdir, beşiyimdir, amma mənim Ermənistan Respublikası adlı dövlətim var. 1991-ci ildə konkret sərhədləri ilə müstəqil olmuş, hamımızın vətəndaşı olduğumuz Ermənistan və bu, bütün sənədlərdə aydın şəkildə əksini tapmalıdır”.

Konstitusiyanın dəyişdirilməsi Azərbaycanın tələbidir?” sualına Alen Simonyan belə cavab verib:

“Bilin ki, bu məsələ Ermənistan tərəfindən qaldırılır. Azərbaycan Konstitusiyasında və hüquqi aktlarında da əksini tapmalı olan müddəalar var. Və yenə deyirəm, Ermənistanın apardığı bütün danışıqlar güzgü üsulu ilə aparılır. Yəni gələcək dünyanı daha davamlı etmək üçün hər hansı eyham və ya təklif olarsa, bu həm Azərbaycana, həm də Ermənistana aiddir”.

Yanvarın 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə yeni Konstitusiyaya ehtiyacın olduğunu bildirmişdi.

Ermənistan Konstitusiyası 1995-ci il iyulun 5-də referendumla qəbul edilib.

2015-ci ildə  referendum yolu ilə Konstitusiyaya dəyişikliklər həyata keçirilib.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button