2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Suriya düşərgələrində olan daha 11 Azərbaycan vətəndaşının ölkəyə gətirildiyi bildirilir

Onlardan 9-u uşaqdır

Oktyabrın 31-də Suriya ərazisindəki düşərgələrdə saxlanılan 9-u uşaq və 2-si qadın olmaqla 11 Azərbaycan vətəndaşının repatriasiyasının həyata keçirildiyi deyilir.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirliyin bildirdiyinə görə, əvvəlcə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib, sonra onların Türkiyə ərazisinə keçidi təmin olunub:

Repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib. Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız qayıdış şəhadətnamələri və uçuş biletləri ilə təmin edilib”.

Oktyabrın 17-də Suriyadan 9 nəfəri uşaq və 1 nəfəri qadın olmaqla 10 Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilmişdi. Repatriasiya olunmuş uşaqlardan 4 nəfərinin hər iki valideynini itirdiyi bildirilirdi.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button