Loading...
Loading...
Manşet

Əflatun Amaşov və “erməni casus” Laura Baqdasaryan birgə QHT yaradıb

Əflatun Amaşov Laura Baqdasaryan işbirliyi

“Media haqqında” yeni qanunun ictimai müzakirəsi zamanı mətbuatın mövcud durumuna görə ən çox tənqid olunanlardan biri də Mətbuat Şurasının sədri, sabiq deputat Əflatun Amaşov oldu. Amaşov ittihamlara cavab verməməyi üstün tutsa da, diqqət yenidən onun fəaliyyətinə yönəldi. Lakin biz bu yazıda Əflatun Amaşovun Mətbuat Şurasının sədri kimi fəaliyyətindən, mediaya iddia edildiyi kimi vurduğu zərbələrdən danışmayacağıq.

Əflatun Amaşovun tənqid ediləsi başqa əməlləri də var ki, bu barədə məlumat verəcəyik. Əflatun Amaşov Mətbuat Şurasının sədri kimi, həm də hakimiyyətin sözçüləri ilə dilbir olub jurnalistlərə vətənpərvərlik difirambası oxumaqla yadda qalıb. Onun media dövlətçiliyə xidmət etməli, xarici düşmənləri nəzərə almalı və s. kimi tövsiyələri ilə media mənsublarını sözəbaxan ictimai elementə çevirmək cəhdləri unudulmayıb.

Amma Amaşovun fəaliyyətinə nəzər saldıqda özünün bu tövsiyələrə əməl etmədiyi üzə çıxır. Məsələn, “24 saat“-ın araşdırması zamanı aydın olur ki, cənab Əflatun Amaşov 2009-cu ildə Gürcüstanda ermənilərlə birgə Qeyri-Hökumət Təşkilatı (QHT) yaradıb. Söhbət Qafqaz Jurnalistləri Assosiasiyası Şəbəkəsindən (ასოციაცია კავკასიის ჟურნალისტთა ქსელი) gedir. Təşkilatın hüquqi ünvanı Tbilisi şəhəri Vake rayonu, Tamaraşvili küç 13, mənzil 35-də (საქართველო, ქ. თბილისის ვაკის რაიონში, თამარაშვილის N13 ბინა 35 ) yerləşir.

QHT-nin təsisçiləri isə aşağıdakı şəxslərdir:

  1. Paata Qurqenidze (Paata Gurganidze) – (Ş/V: 01024000190) – direktor
  2. Davit Afrasidze – (Ş/V: 01026006248)
  3. Zaur Xalilovi – (Ş/V: 01001019043)
  4. Əflatun Amaşov – (Pasport P1964107)
  5. Laura Baqdasaryan (Laura Bagdasaryan) (Pasport AA0311932)

İdentifikasiya nömrəsi –  (VÖEN) 205281666

Qeydiyyat üçün müraciət tarixi: 23/06/2009

Təşkilatın 04 Yanvar 2022-ci tarixi üçün statusu AKTİV olaraq göstərilir.

Gürcüstan Respublikası Dövlət Reyestri Milli Agentliyinin Kommersiya və Qeyri-kommersiya hüquqi şəxslərin qeydiyyat reestrində qeydiyyata alınan “Qafqaz Jurnalistləri Assosiasiyası”-ın reyestrdən çıxarışı:

reyestrdən çıxarış

Skan edilmiş sənədlər

73664Sofio_125

Əlbəttə normalda Əflatun Amaşovun bu təşkilatın təsisçisi olmasında problem yoxdur. Amma elə hörmətli Əflatun müəllimin özünün belə məsələlərə yanaşması normal deyil. Dəfələrlə erməni həmkarları ilə hansısa təşkilatda deyil, hətta eyni tədbirdə olduqlarına görə, Azərbaycanın müstəqil jurnalistləri Əflatun Amaşov və onunla eyni cərgədə olanların hədəfinə gəlib. Az qala onlara vətən xaini damğası vurulub. Yeri gəlmişkən, Əflatun Amaşov ilə birgə QHT təsis edən Laura Baqdasaryanın (Laura Bagdasaryan) adı “Ayna-Zerkalo” qəzetinin keçmiş əməkdaşı, siyasi təhlilçi Rauf Mirqədirovla bağlı qondarma cinayət işində keçirdi. Mirqədirov Baqdasaryanla işbirliyində ittiham olunurdu.

“Rauf Mirqədirov 2008-ci ildən başlayaraq yuxarıda adı çəkilən Baqdasaryan Laura Stepanovnanın rəhbərlik etdiyi “Region” Tədqiqat Mərkəzi ilə əməkdaşlığa başlayıb. Əməliyyat yolu ilə əldə edilmiş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən həmin mərkəz Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatları arasında, kütləvi informasiya vasitələri sahəsində dünyagörüşləri və siyasi baxışları onları cəlb edən Azərbaycan Respublikası vətəndaşlarını müxtəlif fondların maliyyə yardımı ilə üçüncü ölkələrin ərazisində təşkil olunan konfranslara dəvət edərək əlaqələr yaratmağa çalışır”, – deyə Rauf Mirəqdirovla bağlı rəsmi qurumların yaydığı məlumatda bildirilirdi.

Maraqlıdır, Rauf Mirqədirovun “işində” adı casus kimi keçən Laura Baqdasaryan Əflatun Amaşov ilə birgə necə təşkilat yaradıb? Özü də Mirqədirov 2014-cü ildə həbs olunub. Amaşovla Baqdasaryan isə 2009-cu ildən işbirliyində olublar. Hər halda, yuxarıda adını qeyd etdiyimiz təşkilat 23 iyun 2009-cu ildə yaradılıb.

Gözdən qaçırmayın:  ZELENSKİnin Avropa Parlamentində tarixi çıxışı - AZƏRBAYCANCA

Yeri gəlmişkən, Əflatun Amaşov Rauf Mirqədirovun həbsinə münasibət bildirmişdi:

“O, Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham olunur: Dövlətə xəyanət. Belə qənaətdəyəm ki, mövcud situasiyada ən doğru qərar məhkəmə tərəfindən verilə bilər. Hər bir halda unutmayaq ki, azad söz və azad düşüncə vətənə sadəqət hissinin fövqündə dayana bilməz”.

Göründüyü kimi, Mətbuat Şurasının sədri Əflatun Amaşov bu məsələdə də vətənə sədaqətdən danışır. Mirqədirovun barəsindəki ittihamları rədd etmir. Şübhəsini ortaya qoyur və məhkəmənin qərarını gözləməyi tövsiyə edir. Amma Mirqədirovun həbsində əsas rol oynayan “Baqdasaryan kartı”ndan danışmır.

24 saat

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun