2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Əfqan Muxtarlı Gürcüstan parlamentinə müraciət etdi

«Mənim kriminal keçmişim yoxdur, Gürcüstanda yaşadığım müddətdə Gürcüstan qanunlarını pozmamışam. Tbilisidən oğurlanmışam və qanunsuz olaraq Laqodexi sərhəd-keçid məntəqəsində Azərbaycanın xüsusi-xidmət əməkdaşlarına təhvil verilmişəm».

Hazırda Azərbaycanda həbsdə olan jurnalist Əfqan Muxtarlının Gürcüstan parlamentinə müraciətində belə yazılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Jurnalist müraciətində iddia edib ki, Azərbaycan prezidenti İlham Əliyevin sifarişi ilə Gürcüstan xüsusi xidmət orqanları onu oğurlayaraq təhvil veriblər:

«Oğurlanmağıma səbəb Azərbaycan prezidenti İlham Əliyevin ailə üzvlərinin – həyat yoldaşı Mehriban Əliyeva, qızları Leyla və Arzu Əliyevanın Gürcüstanda biznesi ilə bağlı yazdığım araşdırmalar olub».

Jurnalist vurğulayıb ki, rəsmi Tbilisi son zamanlar Azərbaycanın təzyiqləri ilə Gürcüstana pənah gətirən jurnalist və fəallara yaşayış izni verməkdən imtina etməyə başlayıb. Ona və həyat yoldaşı Leyla Mustafayevaya da yaşayış izni verilməyib.

«Rəsmi olaraq Gürcüstan ərazisində təhlükəli fəaliyyətlə məşğul olduğumuzu bildirdilər. Mən oğurlanandan sonra səkkiz ay əvvəl «təhlükəli fəaliyyətdə» ittiham olunan həyat yoldaşıma Gürcüstanın baş naziri Giorgi Kvirikashvili vətəndaşlıq təklif edib», – jurnalist yazıb.

​«TƏNQİDLƏRİM GÜRCÜSTAN HÖKUMƏTİNİ DƏ NARAHAT EDİRDİ»

Ə.Muxtarlı hər zaman tənqidçi jurnalistika ilə məşğul olduğunu, Gürcüstan hakimiyyətini, parlament çoxluğuna malik «Gürcü Arzusu» Partiyasını tənqid etdiyini qeyd edib.

«Mənim tənqidlərim Gürcüstan hökumətini də narahat edirdi. Saxlanmağım və qanunsuz olaraq təhvil verilməyim Azərbaycan hökuməti ilə bərabər Gürcüstan hökumətinə də sərf edirdi. Çünki mən həbs olunmaqla susdurulacaqdım».

Ə.Muxtarlı həbsini əksər beynəlxalq qurumların qınamasından da bəhs edib.

«Prezident Giorgi Margvelashvili mənim oğurlanmağımın Gürcüstanın dövlətçiliyini və suverenliyini təhlükə altına saldığını bildirib», – yazan jurnalist Gürcüstanda onunla bağlı cinayət işi açıldığını, ancaq istintaqdan narazı olduğunu vurğulayıb.

Ə.Muxtarlı əminliklə bildirib ki, Azərbaycan və Gürcüstanın xüsusi xidmət orqanları onun oğurlanmasını əvvəlcədən planlaşdırıblar. O vurğulayıb ki, onun saxlanması ilə bağlı müşahidə kameralarının görüntülərinə müdaxilə edilib.

Müraciətin sonunda Ə.Muxtarlı deputatları onun işinin ədalətli araşdırılmasından ötrü komissiya yaratmağa səsləyib.

azadliq.org

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button