Bizim tərcümə

Əfqanıstanda ən azı 26 nəfər soyuqdan ölüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-16 17:58:35

class=”medianet-inline-adv”>

Əfqanıstanda kifayət qədər istilik və sığınacaq şəraiti olmadığı üçün qış aylarında itkilər yaşanır. Şiddətli soyuqların təsirini göstərməyə başlaması nəticəsində ölkədə ən azı 26 nəfərin öldüyü bildirilib. Temperaturun mənfi 20 dərəcəyə endiyi Əfqanıstanda azı 4 min iribuynuzlu heyvanın tələf olduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Herat Bölgə Xəstəxanasından verilən açıqlamada, Heratda hipotermiya nəticəsində ən azı 70 nəfərin xəstəxanaya yerləşdirildiyi, 4 nəfərin həyatını itirdiyi bildirilib. Badgisdə azı 5, Xost vilayətində 7, Faryabda isə 2 nəfər hipotermiyadan ölüb.

Səlahiyyətlilərin açıqlamasına görə, Sar-e-Pulda 1 nəfər, Bağlan vilayətində 5 nəfər, Cevzcanda isə 2 bank işçisi hipotermiyadan ölüb.

Qəndəhar əyalətinin səhiyyə rəsmiləri bildiriblər ki, şəhər və rayonlarında soyuq hava şəraiti səbəbindən ən azı 1100 nəfər xəstəxanaya yerləşdirilib və müalicə olunub.

Soyuq hava səbəbindən bir çox rayonlarda minlərlə hektar kənd təsərrüfatı sahəsinə və yüzlərlə istixanaya da ziyan dəyib.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button