Loading...
Loading...
Xəbərlər

Əli Əliyevin həbsi ictimaiyyətə meydan oxumaqdır

Bakı/24.01.22 Yanvarın 24-də “Müdafiə xətti” hüquq- müdafiə təşkilatının Bakı ofisində Vətəndaş və İnkişaf Partiyasının sədri, yanvarın 13-də 5 ay müddətinə həbs edilmiş Əli Əliyevin hüquqlarını Müdafiə Komitəsinin ilk toplantısı keçirilib.

Komitənin 147 üzvü var, lakin pandemiya və otaq sahəsinin məhdudluğu ilə əlaqədar toplantıda xüsusi dəvət olunmuşlar iştirak ediblər.

Çıxışçılar qeyd ediblər ki, Əli Əliyevin həbsi və bir sıra jurnalistlərin, ictimai xadimlərin həbsi, müxalifətçilərin döyülməsi Azərbaycanda vətəndaş azadlıqlarının və söz azadlığının boğulması siyasətinin tərkib hissəsidir və bu siyasət ötən ildən daha da güclənib.

Artıq Azərbaycanda təkcə tənqidlərə görə yox, həm də bu və ya digər hadisənin versiyasının səsləndirilməsinə görə həbs edirlər. Sərhəd qoşunlarının vertolyotunun qəzaya uğraması bağlı belə olub. Faciənin gecikmiş rəsmi səbəbləri cəmiyyətdə geniş skepsisə səbəb olub və rəsmi versiyaya şübhə edənlərdən biri Əli Əliyev olub, Azərbaycan Xalq Cəbhəsi Partiyası Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı deyib.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin fikrincə, diffamasiya ittihamı ilə jurnalistlərin, ictimai və siyasi xadimlərin həbsi, media haqqında repressiv qanunun qəbul edilməsi milyonlarla adamı birləşdirən Azərbaycan informasiya cameəsinin azadlığının məhdudlaşdırılması üzrə siyasətin tərkib hissəsidir və cəmiyyət bu siyasətə “yox” deməlidir.

Toplantı iştirakçıları Əli Əliyevin azadlığa buraxılması, Azərbaycanda repressiyalara və söz azaldığının boğulmasına son qoyulması üçün ictimaiyyətə və beynəlxalq birliyə səyləri birləşdirmək çağırışı ilə çıxış etmək qərarına gəliblər.

Əli Əliyevə  qarşı iddianı Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərov qaldırıb.

Qeyd edək ki, Əliyevə qarşı daha bir analoji iddianı Sərhəd Xidmətinin digər zabiti Ramin Adilov irəli sürüb. Onlar noyabrın 30-da Xızı rayonunda Mi-17 vertolyotunun qəzaya uğraması zamanı sağ qalıblar.

İddiaya Əliyevin “Osmanqızı TV”  Youtube kanalının 9 dekabr 2021-ci il tarixli buraxlışına müsahibəsi səbəb olub.

Əsasən Əliyev ehtimal edib ki, vertolyot kənardan təxribat nəticəsində qəzaya uğraya bilərdi, odur ki, Sərhəd Xidmətinin vertolyotuna hücum Azərbaycanın sərhədlərinə hücum kimi qiymətləndirilməlidir.

Əliyev təxribatın arxasında Azərbaycanın sərhədlərini çoxdan nəzarətə götürməyə can atan Rusiyanın durduğunu istisna etməyib.—0—

 

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button