Xəbərlər

Əli Kərimli və Əli İnsanov ölkədəki vəziyyəti müzakirə ediblər

Loading...

Bakı/25.11.21 Noyabrın 25-də iki müxalifət partiyasının liderləri  Əli Kərimli və Əli İnsanovun görüşü olub. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının və Haqq Ədalət Partiyasının rəhbərləri ölkədə və regiondakı  ictimai-siyasi vəziyyəti müzakirə ediblər. Bu barədə Əli İnsanovun mətbuat xidməti məlumat verib. 

“Əksər məsələlərdə hər iki tərəfin mövqeyi üst-üstə düşür. Tərəflər belə görüşlərin əhəmiyyətini xüsusi vurğulayıblar və onların davam etdirilməsinin vacibliyini qeyd  ediblər”, – Haqq Ədalət Partiyasının məlumatında deyilir.

Qeyd edək ki, son aylar Haqq Ədalət Partiyası Müsavat, Vətəndaş və İnkişaf, Demokratiya və Rifah, Liberal partiyalarının liderləri ilə görüşlər keçirib. -03B

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button