Loading...
Loading...
Cəmiyyət

Əlihüseyn Salahzadənin istintaqı yekunlaşıb

Sabiq deputatın oğlu məhkəmə qarşısına çıxarılacaq

Sabiq deputatı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Vəkil Tofiq Aslanov Meydan TV-yə deyib ki, istintaqın yekunlaşması elan edilib. Tərəflər işlə tanış olduqdan sonra iş məhkəməyə göndəriləcək.

Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ə. Salahzadə “Azərsu” ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.

Qalib Salahzadə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır.

Gözdən qaçırmayın:  Ukraynada əsir götürülən Əzizin ailəsi danışdı - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button