Loading...
Loading...
Xəbərlər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2022-ci ilin qeyri-iş günlərini açıqlayıb

Bakı/18.12.21 Əmək və Əhalinin Sosial Müdafiəsi Nairliyi 2022-ci il üçün iş vaxtı normalarını və istehsalat təqvimini təsdiq edib.

Nazirlikdən verilən məlumata görə, 17 dekabr tarixli qərarla Novruz, Ramazan və Qurban bayramı günləri də müəyyən edilib.

Bayram və matəmlərlə əlaqədar aşağıdakı günlər qeyri-iş günü olacaq:

1, 2 yanvar – Yeni İl;

20 yanvar – Ümumxalq Matəm Günü;

8 mart – Beynəlxalq Qadınlar Günü;

20, 21, 22, 23, 24 mart – Novruz Bayramı;

2, 3 may – Ramazan Bayramı;

9 may – Faşizm Üzərində Qələbə Günü;

28 may – Müstəqillik Günü;

15 iyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü;

26 iyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;

9, 10 iyul – Qurban Bayramı;

8 noyabr – Azərbaycan Respublikasının Zəfər Günü;

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

1-2 yanvar istirahət günlərinə təsadüf etdiyinə görə 3-4 yanvar tarixləri də qeyri-iş günü hesab olunacaq. Ümumilikdə Yeni İldə 5 gün – dekabrın 31-dən yanvarın 4-nə qədər qeyri-iş günü olacaq.

Ramazan bayramında mayın 2-si bazar gününə təsadüf etdiyinə görə, ardıcıl olaraq 4 gün qeyri-iş günü olacaq.

Qurban Bayramında da arıdıcıl olaraq 4 gün qeyri-iş günü olacaq, belə ki, 9-10 iyul şənbə və bazar günlərinə təsadüf edir. 

Novruz Bayramında 19-27 mart tarixləri arasında cəmi bir gün – 25 mart iş günü olacaq. Çox güman ki, Nazirlər Kabineti uzunmüddətli istirahəti təmin etmək məqsədilə iş günlərinin yerinə dəyişdirəcək. -06Â-

 

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button