Cəmiyyət

Ərəblər Azərbaycanda Ekoloji Terror törədir – ETSN gücsüzdür – FAKT

Ərəblər yenidən ov etmək üçün Azərbaycana gəlib. Onlar bu məqsədlə Acınohur çölünə yollanıblar.
“24 saat” xəbər verir ki, faktı təsdiqləyən görüntülər “facebook” sosial şəbəkəsində Cavid Qara adlı eko-aktivist tərəfindən yayımlanıb. Aktivist qeyd edib ki, onlar Acunohur gölü ərazisində qanunsuz ov edən ərəb turustləri aşkarlamağa və görüntüləməyə nail olub.

O, həmçinin ərəb turistlər olduğu güman edilən şəxslərin ərazidə quş ovlamaq üçün göyərçinə işgəncə verdiyini sübut edən video da yayımlayıb. Görüntülərdən məlum olur ki, onlar ərazidə şahin quşları vasitəsilə ov da ediblər.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə “Report”un sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar.

“Bizə məlumat daxil olub, məsələ ilə bağlı araşdırma aparılacaq. Qeyd edilənlərdə qanun pozuntusu olub-olmaması, nə dərəcədə təhlükəliliyi və digər məsələlərə aydınlıq gətiriləcək. Həmçinin ərazidə ETSN-in əməkdaşlarının olması, bu və ya digər dərəcədə pozuntuları görüb, göz yumması kimi faktlar bizə təqdim olunarsa, bu məsələlər də tərəfimizdən obyektiv şəkildə araşdırılıb ictimaiyyətə məlumat veriləcək”, – rəis bildirib.

Tam metraj

“24 saat”

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button