2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏXəbərlər

Əbülfəz Məlikov meyvə bazarına əl qoydu

Uzun müddət yerli mətbuatın gündəmində olan, Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun yaxın adamı və kassası kimi tanınan Əbülfəz Məlikov barədə yeni faktlar ortaya çıxıb.

24saat.org saytının bir neçə mənbədən dəqiqləşdiyi məlumatda bildirilir ki, ölkənin yağ monopolisti artıq meyvə bazarına da əl qoymaq üçün hərəkətə başlayıb.

Bir müddətdir ki, karqo şirkətlərinin qanunsuz fəaliyyətinə yaradılan maneələrdən sonra bu yolla böyük pulların mənimsənilməsinin mümkün olmadığını anlayan Ə. Məlikov ölkəyə idxal olunan müyvə-tərəvəz məhsullarının inhisarını nəzarət altına almağı bacarıb.

Əldə etdiyimiz məlumata ona bu işdə himayədarı Kəmaləddin Heydərovun dəstək verdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

İddialara görə, artıq Azərbaycana gətirilən meyvə-tərəvəz məhsulları Məlikovun sərəncamında olan şirkətlərin adına sənədləşdirildikdən sonra bazara daxil olur. Bu yolla dövlətə ödənilməli olan milyonlarla verginin Məlikovun cibinə getdiyi də verilən məlumatlar arasındadır.

Mövzu ilə bağlı yaxın günlərdə daha ətraflı araşdırma yazısı təqdim edəcəyik.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button