2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əbülfəz Sadıqbəyli ailəsi ilə görüşə bilmir

‘İşin materialları bugünlərdə məhkəməyə göndəriləcək”

Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli bir aydan çoxdur həbsdə olduğu müddətdə ailə üzvlərilə nə görüşə bilib, nə də telefonla danışıb. 24saat.org xəbər verir ki, bu barədə Meydan TV-yə qardaşı Vasif Sadıqbəyli danışıb.

O bildirib ki, qardaşının işi üzrə istintaq yekunlaşıb, cinayət işinin materialları bugünlərdə məhkəməyə göndəriləcək. Lakin Ə.Sadıqbəyliyə qarşı tətbiq olunan görüş, telefon qadağası hələ də davam edir.

Vasif Sadıqbəylinin sözlərinə görə, qardaşının saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına istintaqın bitməsi barədə məktub da göndərilib. Lakin yenə məhdudiyyət aradan qalxmayıb:

Saytların yığılması Saytlarin yigilmasi

“Keçən həftə təcridxananın rəisi söz vermişdi ki, bu həftə görüşə icazə veriləcək. Bu gün getdim, yenə icazə verilmədi. Yeməyi qəbul edirlər. İki həftədir, kitablara da qadağa qoyublar. Keçən həftə də, bu gün də apardığım kitabları buraxmadılar”.

Vasif Sadıqbəyli bildirib ki, qardaşının hüquqlarının pozulması ilə əlaqədar məhkəməyə müraciət edəcəklər.

Noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəyli barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunur.

İttihama görə, müsavatçı “Nikoil bank”-ın adından saxta sənəd hazırlayıb. Bildirilir ki, o, bankdan kreditilə aldığı “Niva” markalı avtomobilə görə, borclu qaldığı 5 min 100 manatın ödənilməsi barədə arayışı yol polisinə təqdim edərək, avtomobili öz mülkiyyətinə keçirib, daha sonra satıb. İstintaq orqanı həmin arayışın saxta olduğunu iddia edir.

Əbülfəz Sadıqov ittihamı qəbul etmir. Müsavat Partiyası həbsin siyasi motivli olduğunu bəyan edib.

Bununla bağlı hər hansı rəsmi açıqlama yoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button