2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Ədliyyə Nazirliyi Ədalət Partiyasının siyahısını da geri qaytardı

2000-ə yaxın üzvlə bağlı məlumatların dəqiqləşdirilməsi tələb olunur

Avqustun 2-də Ədliyyə Nazirliyi Ədalət Partiyasının üzvlərinin sayı ilə bağlı təqdim etdiyi müraciətə cavab verib.

Partiya siyahını iyulun 5-də nazirliyə təqdim etmişdi.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə partiyanın sədr müavini Mütəllim Rəhimli Meydan TV-yə danışıb.

Mütəllim Rəhimlinin sözlərinə görə, Ədliyyə Nazirliyi məktubda qeyd edib ki, bəzi üzvlərin məlumatlarında dəqiqləşdirmələr aparmağa ehtiyac var:

“Ad, soyad və ya doğum tarixlərində səhvlər var. Onları düzəltmək lazımdır. 6200 nəfərdən 2000-ə yaxın belə üzvümüz var. Bunlardan 800-ə yaxın üzvümüzün telefon nömrəsi yoxdur. Onların da telefon nömrələrinin dəqiqləşdirilməsi işi gedir”.

O, 1 ay müddətində bu səhvləri aradan qaldıracaqlarını deyib.

Sabiq ədliyyə naziri İlyas İsmayılovun sədri olduğu Ədalət Partiyası 1993-cü ildə yaradılıb. 1996-cı ildə partiya ADP iə birləşib. Amma 2000-ci il parlament seçkilərindən bir gün sonra Ədalət Partiyası ADP-dən ayrılıb.

Partiyanın sədri İ.İsmayılov 1992 və 2003-cü il prezident seçkilərində iştirak edib.

İlyas İsmayılov 2005-2010 və 2015-ci illərdə keçirilən parlament seçkilərində mandat qazanıb.

Ədalət Partiyası.

İndiyə qədər 27 siyasi partiya üzvlərinin siyahısını nazirliyə təqdim edib.

Ədliyyə Nazirliyi indiyə qədər AXC, Müsavat, REAL, Ümid, AĞ partiyaya mənfi cavab verib.

Yalnız hakim Yeni Azərbaycan Partiyası müsbət cavab alıb.

Hansı partiyalar buraxılıb?

Son bir neçə ayda Azərbaycanda 30-dan çox partiya özünü buraxıb.

Bu sıraya Müstəqil Xalq Partiyası (MXP), Azərbaycan Milli Demokrat Partiyası (AMDP), Yeni Yol Partiyası, Azərbaycan Respublikaçılar Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası (ASDP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Milli Vəhdət Partiyası (MVP), Azərbaycan Sosial Rifah Partiyası (ASRP), Azərbaycan Naminə Alyans Partiyası (ANAP), Azərbaycan Təkamül Partiyası, Birlik Partiyası, Aydınlar Partiyası, Kommunist Partiyası, Vahid Azərbaycan Milli Birlik və Azərbaycan Azad Respublikaçılar Partiyası və digərləri daxildir.

Meydan TV-yə daxil olan məlumata görə, partiyaların çoxu özündən xəbərsiz, Prezident Administrasiyası tərəfindən buraxılır və həmin partiyaların rəhbərləri bu haqda hökumətə yaxın media orqanlarında çıxan xəbərlərdən öyrənirlər.

2022-ci ilin dekabrında Milli Məclis “Siyasi partiyalar haqqında” Qanunu III oxunuşda qəbul edib.

Daxili və xarici etirazlara rəğmən, Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib.

Yeni qanunun narazılıq doğuran maddələri sırasında partiyaların 5 min üzv toplaması və onların hər birinin reyestrdən keçirilməsi xüsusi yer tutur.

2022-ci ildə Azərbaycanda 59 siyasi partiya qeydiyyatda olub.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button