2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

“Əhməd Əhmədovun bu işlərdən xəbəri olmayıb”

Əvəz Əhmədov: “Qardaşıma bu barədə deməyim ayıb olardı…”

17 il Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olduqdan sonra 2017-ci ildə vəzifəsindən azad edilən Əhməd Əhmədovun qardaşı, həbsdə olan Əvəz Əhmədovun məhkəməsi davam etdirilib. Cinayət Məcəlləsinin 145 (qanunsuz azadlıqdan məhrumetmə) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələrilə ittiham olunan Ə.Əhmədovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Dekabrın 26-da hakim Samir Əliyevin sədrliyilə keçirilən məhkəmədə Ə.Əhmədovun vəkili vəsatət, jurnalistlərin zaldan çıxarılmasını, prosesin qapalı keçirilməsini istəyib. Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra zərərçəkmiş Hörmət Əsgərov sualları cavablandıraraq deyib ki, hələ də Ə.Əhmədova 100 min borcu var. O, keçmiş nazirin qardaşı tərəfindən döyülüb xəsarət alması barədə də danışıb: “Mən xəsarətlərim barədə polisə şikayət etməmişəm. Sonradan istintaqa ifadə verəndə də döyüldüyümü demədim ki, işə düzələndə problem yaranmasın. Bədənimdə döyülən zamandan qalan yaranın çapığı var. Mən pulu Rəşada vermək üçün almamışam, belə söz də deməmişəm. Mən ondan əvvəl də Əvəzdən 200 min, 80 min alıb qaytarmışdım. Pulu makler Hətəm Ramazanova verirdim, ev işi görürdük. Axırıncı dəfə Hətəmə 100 min verdim, yoxa çıxdı, axtardım tapa bilmədim. Onun barəsində şikayət etməmişdim, bu işdən sonra istintaq axtarışa verdi”.

Saytların yığılması Saytlarin yigilmasi
Əvəz Əhmədov deyib ki, Hörmət Əsgərovu o yox, digər zərərçəkən Rəşad Tahirovla dostu Dəyanət Yusifov döyüb:

“Hörməti məcbur ediblər ki, məndən şikayət etsin. Sonra da onu çöllükdə buraxıblar”.

Hörmət Əsgərov isə belə bir hadisə olmadığını söyləyib.

Daha sonra Əvəz Əhmədov özü ifadə verib. Deyib ki, bu hadisədən əvvəl də Hörmət Əsgərovla aralarında pul alıb-vermək məsələləri olub: “Bir dəfə Hörmət qohumu Rəşaddan danışdı, onun Sumqayıt Texnologiyalar Parkında satış müdiri olduğunu dedi. Sonra Rəşadla görüşdük, armatur biznesi haqda danışdı. Rəşad dedi, 100 minə bir həftəyə 8-12 min qazanc götürə bilər. Bundan bir həftdə sonra Hörmət gəlib məndən 140 min dollar götürdü, armatur işinə görə Rəşada verəcəkdi. Bir ay yarımdan sonra Hörməti çağırıb pulumu istədim. Mənim yanımda Rəşada zəng edib ləzgi dilində nəsə danışdılar, sonra telefonu mənə verdi. Rəşad dedi ki, pul məndədi, bir həftəyə verəcəyəm. Orada Hörməti döyməmişəm, ona zor tətbiq etməmişəm, sadəcə, söhbət etmişik. Sonra Rəşada zəng çatmadı, mən də polisə ərizə yazıb şikayət etdim. Bundan sonra 3 ay ərzində pulu hissə-hissə ödədi”.

Əvəz Əhmədov suallara cavabında bildirib ki, qardaşı, keçmiş nazir Əhməd Əhmədovun bu işlərdən xəbəri olmayıb: “Mənim ona bu haqda nəsə deməyim ayıb olardı”.

İttihama görə, Ə.Əhmədov hərbçi polkovnik Hörmət Əsgərova sələmlə 100 min dollar pul verib. H.Əsgərov faizi ilə birlikdə 140 min dollar olan pulu qaytara bilməyib. Ə.Əhmədov onu Sabunçu rayonu ərazisində yerləşən “Park Plyus” əyləncə mərkəzinə çağırıb, oradakı otaqlardan birinə salıb döyüb, borcu qaytarmağı tələb edib. Daha sonra H.Əsgərovun qohumu Rəşad Tahirovla danışıb. Ondan H.Əsgərovun pulu qaytaracağına zamin durmasını istəyib. Əks halda, onu buraxmayacağını bildirib. Pulun ödəniləcəyi barədə vəd alandan sonra H.Əsgərovu buraxıb.

İttihamda qeyd olunub ki, Əvəz Əhmədov hədə-qorxu ilə sonda R.Tahirovdan 140 min dollar alıb.

Ə.Əhmədov özünü təqsirli bilmir.

Zərərçəkmiş R.Tahirov məhkəmədə mülki iddia qaldırıb. Ondan alınan 140 min dolların ödənilməsini tələb edir.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button