2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli Kərimliyə qarşı qanunsuz addımlar əks effekt verir

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı

Bu gün sizinlə birgə Əli bəyin blokadaya alınmasının nəticələrinə nəzər salaq.
Əli bəyin interneti, telefon rabitəsi kəsiləndən sonra nə baş verdi? Kütləvi olaraq sosial şəbəkələrdə, internet tv – lərdə onun çıxışları, sözləri paylaşılamağa başladı. Təkcə onu deyim ki, ənənəvi platformlardan əlavə, “tik tok” şəbəkəsində onun çıxışlarına 500-600 min baxış sayı bu blokadanın əks effekt verdiyini göstərməkdədir. Ölkədəki problemlər demək olar ki, eynidir, dəyişməz olaraq qalıb və Əli bəyin də bu probleməlrin hər birinə ayrıca münasibəti video çıxışlarından kəsilərək mütəmadi şəkildə paylaşılır. Nəticədə Əli Kərimli yenə də danışır və iqtidarın onu cəmiyyətdən təcrid etmək cəhdləri alınmır.
Bu günkü nəticələrə baxanda iqtidarın siyasi texnoloqlarının nə qədər primitiv və səhv düşündüyü açıq aydın görünür. Blokada siyasəti, hakimiyyətin zəiflətmək istədiyi liderə daha çox böyük ictimai maraq və diqqət yaradıb. Xalqın dəstəyini qazanmaq istəyən bir siyasi lider üçün, bütün çətinliklərə rəğmən belə bir blokada vəziyyəti çox əlverişlidir və böyük siyasi kapital qazandırır. Baxın, təsadüfi deyil ki, bu gün ölkənin gündəmində yalnız iki məsələ – koronavirus və Əli Kərimli var.
Digər vacib bir məqam isə Xalq Cəbhəsi ilə bağlıdır. Uzun illər ərzində belə bir təbliğat aparılırdı ki, AXCP bir liderdən asılı təşkilatdır və o liderin həbsi və ya təcridi təşkilatı çökdürə bilər. Ancaq bu gün ortaya tam əks nəticə çıxdı. Bəlli oldu ki, liderin təcrid olunduğu bir vəziyyətdə, Xalq Cəbhəsinin hər cür sınaqdan çıxmış peşəkar siyasətçilərdən ibarət rəhbər komandası, minlərə təəcrübəli və fədakar üzvləri, subordinasiya prinsipləri ilə idarə olunan mərkəzi və yerli təşkilati strukturları, virtual təşkilatlanma şəbəkələri istənilən ekstremal situasiyalarda bu təşkilatın fəaliyyətinin əsas təminatıdır. Sizlər şahidsiniz ki, Əli bəyin təcridindən sonra qısa dövr ərzində AXCP olaraq sosial şəbəkələrdə çox təsirli kampaniyalar keçirdik. İzləyin, irəlidə daha maraqlı yeni – yeni təşəbbüslərimiz də olacaq.
Buradan hakimiyyətə o mesajı çatdırmaq istəyirik ki, Əli Kərimlinin təcridinin istər cəmiyyətdə, istərsə də AXCP – də tamamilə əks effekt verdiyinin fərqində olsunlar.
Sonda Əli bəyin bir telefon ismarıcını da sizinlə bölüşmək istəyrəm. Əli bəy bu çətin dövrdə onunla həmrəy olan hər kəsə təşəkkür edərək, irticanı durdurmağın yolunun sosial şəbəkələrdə rejimi məyus edəcək səviyyədə fəallığı artırmaqdan keçdiyini bildirdi. Ona görə də bu məsuliyyətli dövr həm də hər birimizin cəmiyyət qarşısında imtahanıdır.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button