2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əməkdaşımıza qarşı cinayət işi açılıb

tezexan m2

Dostların çoxsaylı mesaj və zənglərinə nəzərə alıb geniş açıqlama verirəm. 26 fevral Xocalı soyqırımına həsr olunmuş “Ana Harayı” abidəsini ziyarət zamanı baş vermiş məlum insidentdən sonra martın 2-də Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsindən zəng gəldi, barəmdə şikayət olunduğu deyildi. Həmin gün saat 15:00 üçün şöbəyə gəlməyim bildirildi. Mən isə lap tez gedə biləcəyimi deyib, saat 12:00-da Polis Şöbəsində oldum. Təhqiqatşı Sərraf Cəfərov izahatımı aldı. İzahatımda hadisənin bütün detallarını yazdım. Hər bir xırda detal üzrə təhqiqatçının əlavə suallarınını da cavablandırdım. O da məlum oldu ki, Ata Abdullayevi ekspertizaya da göndəriblər. Mən orada olan zaman isə hələ cavab gəlməmişdi. Təhqiqtaçı bildirdi ki, cavab saat 15-ə kimi ekspertizanın cavabı gəlməlidir. Amma həmin vaxta kimi Sərraf Cəfərova iki dəfə zəng gəldi. Söhbətin həmin işlə bağlı olduğu dəqıq bilinirdi. Saat 15-i keçəndən sonra bir daha zəng gəldi, həmin iş barədə kimsə təhqiqatçıya göstəriş verdi. Eşitdim ki, deyir “bir şahid qalıb onun da izahatını alacağam”. Daha sonra mənə bildirdi ki, gedə bilərsən, lazım olanda çağıracağıq. Mən istifadəmdə olan bütün nömrələri , yaşadığım ünvanı verib şöbədən çıxdım. Bir necə gün sonra, martın 7-də təsadüfən yolum 37-ci Polis Şöbəsinə düşmüşdü. Təhqiqatçı Sərraf Cəfərovun otağına getdim. Qapı bağlı idi. Digər bir təhqiqatçı onun məzuniyyətdə olduğunu dedi. İcraatında olan işlərin kimə verildiyini də soruşdum, amma bu barədə məlumat verən olmadı.
Dünən Ata Abdullayev sosial şəbəkələrdə Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin Baş müstəntiqi Samir Ağayevin “Cinayət işi başlamaq və icraaata qəbul etmək” qərarını paylaşıb. Qərarın martın 11-də qəbul olunduğu göstərilir. Bu qərarın surəti ibtidai araşdırmaya prosesual nəzarəti həyata keçirən rayon prokuroru və tərəflərə eyni vaxta göndərilibsə, mənə niyə göndərilməyib? Bildirdiyim kimi, müvəqqəti yaşadığım ünvanı və telefon nömrələrimi izahat verəndə qeyd etmişəm. Bu gün bu məsələdən xəbər tutandan sonra təhqiqatçı Sərraf Cəfərova zəng etdim. Təhqiqat materialının nəticəsi ilə bağlı mənə niyə məlumat verilmədiyini soruşdum. O, məzuniyyətdə olduğunu bildirdirərək heç bir qərar qəbul etmədiyini dedi. Bundan sonra Xətai Rayon Polis İdarəsinin DİN-in saytında olan hər iki nömrəsinə bir neçə dəfə zəng etdim. Amma telefona cavab verən olmadı.
Bir daha qeyd edirəm, mən Ata Abdullayevi vurmamışam və xəsarət yetirməmişəm. Sadəcə onu xəbərdar edib, yumruğumu sifətinə yaxınlaşdıraraq bildirmişəm ki, onun məqsədi budur. Bu hakimiyyətin saytlarında da əks olunan videolardan açıq görünür. Əslində o insident zamanı xuliqanlıq halı olub, bu isə Ata Abdullayev tərəfindən baş verib. İkincisi, həmin vaxt bir neçə yüksək rütbəli polis əməkdaşları Ata Abdullayevin mühafizəçisi rolunda orada idi. Mənim birinci iradım onlara oldu. Onlar isə buna əhəmiyyət vermədilər. Mən həqiqətən orada cinayət əməli yox, inzibati xəta törətmiş olsaydım, polislər məni “sağ” buraxmazdı.
Hüquqşünaslar daha yaxşı bilər, məncə bura qədər bir neçə prosesual pozuntu baş verib artıq. Bu cinayət işi onların bir daha ifşası ilə nəticələnəcək. Cinayət Məcəlləsinin 221.1 maddəsi onsuz da barəmdə həbs qətimkan tədbirinin seçilməsinə imkan vermir. Məlumatı mənə göndərməməklə guya istintaqdan yayınmağım barədə nəsə düşünürlərsə, həftənin birinci günü özüm Xətai Rayon Polis İdarəsinə gedəcəyəm. Samir Ağayev isə necə deyərlər “köhnə tanışdır”. 2012-ci ildə də onun icraatında mənimlə bağlı bir iş olub, cavabını hələ də gözləyirəm.
P.S. Ata Abdullayev mənə cinayət işin başlanması xəbərini özünün ATA TV səhifəsindən (21min izləyici 43 min təqibcşisi var səhifənin) və profilindən “təzəxana, Təzə xəbərim var” başlığı ilə paylaşıb. İndiyə kimi olan statistikanı deyim siz də bilin, ATA Tv-də 8 bəyəndim, profilində isə 4…

Təzəxan Mirələmli

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button