2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Əvəz Zeynalının həbs müddəti uzadılıb

Dekabrın 29-da Bakının Binəqədi Rayon Məhkəməsi jurnalist Əvəz Zeynallının barəsində seçilmiş həbs-qətimkan tədbirinin üç ay uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə onun vəkili Fəxrəddin Mehdiyev məlumat verib:

“Məhkəmə ilkin olaraq Əvəz Zeynallı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Bu müddət yanvarın 8-də başa çatır. Buna görə istintaq həbs müddətinin daha 3 ay uzadılması barədə vəsatət irəli sürüb.”

Müdafiə tərəfi həbs müddətinin uzadılmasının əleyhinə olub.

“Xahiş etdik ki, heç olmasa ev dustaqlığı ilə kifayətləsinlər. Lakin məhkəmə bizim vəsatətimizi təmin etmədi”, – deyə vəkil bildirib.

Vəkilin sözlərinə görə, jurnalistin səhhətində problemlər yaranıb.

Üstəlik, o, şəkər xəstəliyindən şikayətlənir. “Əvəz Zeynallının gözündə katarakt var. Deməsinə görə, dərmanlar kömək etmir, cərrahi əməliyyat lazımdır”, – deyə vəkil bildirib.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Vəkil Elçin Sadıqov və “Xural TV” saytının təsisçisi Əvəz Zeynallı bu il sentyabrın 10-da rüşvət iddası ilə saxlanılıblar. Sentyabrın 11-də məhkəmə hər ikisini həbs edib.

Sentyabrın 17-də Bakı Apellyasiya Məhkəməsi Sadıqovu ev dustaqlığına keçirib.

Əvəz Zeynallı Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvətalma) Elçin Sadıqov isə rüşvətə köməklikdə ittiham edilib.

Sentyabrın 21-də isə Əvəz Zeynallıya qarşı Cinayət Məcəlləsinin 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz müdaxilə göstərmə – nüfuz alveri) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

Onlar ittihamları qəbul etmirlər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button