2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Əvəz Zeynallı və Elnur Şükürovun məhkəməsi başlayıb

Martın 27-si Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalistlər Əvəz Zeynallı və Elnur Şükürovun işi üzrə hazırlıq iclası keçirilib. Mühakimə prosesinin aprelin 10-da başlamasına qərar verilib.

Əvəz Zeynallı “Xural” internet televiziyasının, Elnur Şükürov “Səda” internet televiziyasının rəhbəridir.

Rəsmi məlumata görə, Baş Prokurorluğun İstintaq İdarəsi Əvəz Zeynallının ayrı-ayrı şəxslərdən külli miqdarda rüşvət almasına, onun və Elnur Şükürovun vəzifəli şəxslərin qərarına təsir etmək məqsədilə nüfuz alveri edərək pul almaları, xeyli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmələri, eləcə də digər şəxsi rüşvət verməyə təhrik etmələrinə əsaslı şübhələr müəyyən edib.

Saytların yığılması Saytlarin yigilmasi

Əvəz Zeynallı 2022-ci il sentyabrın 10-da, vəkil Elçin Sadıqovla eyni gündə tutulub. Baş Prokurorluğun İstintaq İdarəsinin jurnalisti külli miqdarda rüşvət almaqda, vəkili bu işdə ona köməklikdə ittiham etdiyi açıqlanıb. İddiaya görə, jurnalist məhbus iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat alıb.

Sentyabrın 11-nə keçən gecə Binəqədi Rayon Məhkəməsi jurnalist və vəkil barəsində həbs qətimkan tədbirləri seçib, Bakı Apellyasiya Məhkəməsi sentyabrın 17-də Elçin Sadıqovu ev dustaqlığına buraxıb.

Sentyabrın 21-də Əvəz Zeynallıya vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) ittihamı da irəli sürülüb. İddiaya görə, Əvəz Zeynallı “Səda” internet televiziyasının rəhbəri Elnur Şükürov (2022-ci il sentyabrın 14-də tutulub) və onun tanışı Teymur Rəhimovla (axtarışa verilib) birgə bəzi dövlət qurumlarından icazələr alınması, sənədlərin əldə edilməsi işlərinə qarışıb, bunun müqabilində pul alıb.

Elçin Sadıqovun işi başqa icraata ayrılıb.

24 saat” “Əvəz Zeynallı və Elnur Şükürovun məhkəməsi başlayıb” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button