Loading...
Loading...
Siyasət

10 noyabr bəyanatının müddəaları yerinə yetirilmir

Bakı/02.08.21 Ermənistan-Azərbaycan arasında davam edən çoxillik münaqişəni yaxından izləyən ölkələrdən biri də Rusiyadır.

Rusiya həm ATƏT-in Minsk Qrupunun tərkibində fəsliyyət göstərir, həm də ötən ilin sentyabrın 27-də başlayan 44 günlük müharibəsindən sonra Azərbaycan və Ermənistanla yanaşı bəyanatı imzalayan üç tərəflərdən biri olub.

Qarabağda məhz Rusiya sülhməramlıları yerləşdirilib və bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmadan sonra atəşkəs məhz Rusiya təşəbbüsü ilə təyin olunub.

Bəs Rusiyanın Ermənistanla Azərbaycan arasındakı münaqişə və postmünaqişə dövrlərdə marağı və istəyi nədir?

Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova «İzvesiya» nəşrinə bildirib ki, Dağlıq Qarabağ ətrafında vəziyyətin tənzimlənməsi üçün hər gün işlər aparılır. «Xarici işlər nazirlərlə məsləhətləşmələr, danışıqlar aparılır. İstər Rusiya-Azərbaycan, istər Rusiya-Ermənistan xətti ilə Xarici işlər nazirliklərin başçılarının telefon danışıqları haqqında məlumatlar mütamadi olaraq dərc olunur… həm isti fazada, həm münaqişənin kəskin fazadan sonrakı dövrdə bu vəziyyətinin həlli üçün ölkəmiz (Rusiya) nəhəng səylər göstərir».

Milli Məclisin deputatı Aydın Mirzəzadə Turana bildirib ki, Azərbaycan bu gün post Dağlıq Qarabağ dövründə yaşayır. «Artıq bu münaqişə yoxdur, ərazi bütövlüyümüz təmin edilib. Üçtərəfli iki sazişə uyğun olaraq Azərbaycan addım-addım özünün quruculuq işlərini davam etdirir».

Onun sözlərinə görə, baxmayaraq ki, Ermənistanda parlament seçkilərində revanşist qüvvələr məğlub oldular, amma hiss edilir ki, elə hakimiyyətin özündə də revanşist əhval-ruhiyyə var. «Sərhəddə bizim mövqelərimizi atəşə tutması onun heç də xoş olmayan niyyətindən baş verir».

A.Mirzəzadə qeyd edib ki, Rusiya münaqişə tərəfi deyil. «Və biz ondan hər hansı bir məsələni tələb edə bilmərik. Amma bir arzu edə bilərik ki, Rusiya sülhyaratma prosesində daha aktiv iştirak edəydi».

Deputat vurğulayıb ki, Rusiya-Ermənistan münasibətlərində son dövrlərdə xeyli gərginlik var. «Bir sıra məsələlərdə Ermənistan artıq tədricən Rusiyadan uzaqlaşmağa çalışır. Bu baxımından Ermənistandakı vəziyyəti Rusiya tam idarə edir yaxud da ciddi təsir mexanizmə malikdir demək düzgün olmazdı».

Ancaq, onun fikrincə, bununla belə Rusiya bu məsələlərə vaxtaşırı daha aktiv münasibət bildirə bilərdi. «O, birbaşa münaqişəni törədən tərəfə çağırış etməklə bunu edə bilərdi».

A.Mirzəzadə qeyd edib ki, digər tərəfdən Rusiyanın ictimai fikirində də bu gün Ermənistanın yenə də regionda mənfi rolunu oynadığı əhval-ruhiyyəsi görünməlidir. «Təəssüf ki, Rusiya mediasında erməni əsilli media kapitanlarının çoxluğu bu əhval-ruhiyyənin yaranmasına və yaxud da görünməsinə mane olur. Əksinə, Ermənistan tərəfinə haqq qazandırmağa çalışır. Arada isə Jirinovski kimi məsuliyyətsiz və eyni zamanda təxribatçı bir insanı dövriyyəyə buraxmağa çalışırlar».

Gözdən qaçırmayın:  Lavrovun sələfi onu Rusiyanın biabırçılığına görə istefa verməyə çağırıb

O, hesab edir ki, Vladimir Jirinovskinin Azərbaycanla bağlı təhqiredici son bəyanatı heç də təsadüfi deyil. «Orada erməni dairələrinin əli olmamış deyil».

Deputat vurğulayıb ki, hər halda dünya və ilk növbədə Rusiya bu gün regionda sülhün olmasında maraqlı olmalıdır. «Bu bölgə Rusiyanın cənub sərhədidir, Rusiya Qafqaz proseslərinin birbaşa iştirakçısıdır və bu məsələlərə Rusiya tərəfinin biz vaxtaşırı siyasi münasibət bildirməsini istəyərdik. Təxribatlara cavabını isə Azərbaycan verir və verəcək».

Təhlükəsizlik məsələlər üzrə ekspert İlham İsmayıl bildirib ki, Rusiya öz istəyi və məqsədini 200 ildir ki, Cənubi Qafqazda yeridir. «Yəni ki, niyyəti Cənubi Qafqazı təsir altında saxlamaq, postsovet Cənubi Qafqaz üç respublikasını öz təsir zonası elan etmək və bununla Qərbin və Türkiyənin hər hansı hərəkətinin qarşısını almaqdır».

Ekspertin fikrincə, Rusiya bu məqsədlərə sona qədər nail ola bilmir. «Artıq Gürcüstan onların təsir dairəsindən çıxıb. Ermənistanda antirusiya əhval-ruhiyyəsi xeyli artıb. Qarabağda isə onun istəyi budur ki, Rusiyanın buranın hərbi təsiri altında qalmasına çalışmaqdır. Yəni, bu gün Qarabağda olan mövcud sülhməramlı adı ilə olanların perspektivdə məhz hərbi baza kimi uzun müddətə qalmasına nail olmaqdır».

Onun fikrincə, məhz ona görə də 9 aydır müharibə bitməyinə baxmayaraq heç bir sülhməramlı addım atılmayıb. «Azərbaycan və erməni millətlərin arasında hər hansı münasibətlərin yaranması, normallaşması istiqamətində heç bir addım atılmayıb. Əksinə, Rusiya birtərəfli istiqamətdə – Qarabağ separatçılarının tərəfindədir. Ermənistan rəhbərliyi nə qədər onları qane etməsə də, yenə də Qarabağın müstəqilliyi ilə bağlı ritorikalarına şərait yaradır. Özləri də Qarabağda hərbi kontingentini artırırlar. 10 noyabr bəyanatının müddəalarını – məcburi köçkünlərimizin geri qayıtması, erməni silahlı birləşmələrini oradan çıxarılması, yollrın açılması və onların təhlükəsizliyi təmin olunması icra olunmur».—0—

 

Mənbə
“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button