2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

18 aylıq uşağa məktub – həbsdəki jurnalist Ülvi Həsənli körpə qızına yazır

“Gözəl Suad,… bizə yaxınlarımızla görüşmək, telefonla səslərini eşitmək belə qadağan edildi. Hətta səni – 18 aylıq uşağı 5-10 saniyəlik qucaqlamağa belə düşməncəsinə imkan vermədilər. Səni indi də görə, bağrıma basa bilmirəm”, Həsənli yazıb.

Azərbaycanda 2023-cü il noyabrın sonlarından başlayaraq, yerli “AbzasMedia” saytının rəhbərləri və daha sonra əməkdaşları “qaçaqmalçılıq” ittihamı ilə həbs olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Qızı Suada yazdığı məktubunda Ülvi Həsənli övladının “ən gözəl vaxtlarını” görmədiyinə təəssüflənir.

“Bir yaş 6 aylıqsan. Biz həbs olunanda sən hələ yerimirdin. Amma bir ay əvvəl məhkəmələrimizin birində vəkilim Zibeydə xanım dedi ki, Suad artıq yeriməyə başlayıb. Bəlkə də ən gözəl, ən sevimli vaxtlarındır. Səni görməyəli yeni mimikaların, yeni davranışların yaranıb. Bu anları görməyi, yaşamağı arzulayırdım”.

Məktubunda, o, Azərbaycanın “qara günlərdən keçdiyini” vurğulayır.

Ülvi Həsənli yazısında həmçinin özünün və saytın digər əməkdaşlarının həbsini “Azərbaycanın bu gününü və gələcəyini oğurlayan korrupsiya faktlarını ortaya çıxar”maqları ilə əlaqələndirir.

O, eləcə də “AbzasMedia işi”ndə adı keçən jurnalistlərin ailələrinə olan təzyiqlərdən də bəhs edir.

“Hələ də atalara, analara görə övladlar, övladlara görə valideynlər, ailə üzvləri cəzalandırılır. Analarımızın yeganə gəlir yeri olan pensiya kartları bloklanıb, ailə üzvlərimizin, dostlarımızın bank hesablarına həbs qoyulub və onların ölkədən çıxışı qadağan olunub”,- o vurğulayır.

Ülvi Həsənli məktubunda diqqəti həm də “Azərbaycanın müstəqillik tarixində ilk dəfədir ki, bir media qurumunun tənqidi materiallarına, araşdırmalarına görə belə total repressiyaya məruz qalmasına” çəkir.

“Bizi həbs etmələri ürəklərini soyutmayıb, yaşlı-cavan, qadın-uşaq demədən ailə üzvlərimizə, yaxınlarımıza da təzyiq edir, cəzalandırır və bizdən bu şəkildə də qisas almağa çalışırlar. Terrorda, kütləvi qətldə, ən ağır cinayətlərdə ittiham olunanlara qarşı heç bu cür məhdudiyyətlər tətbiq edilməyib”, – o vurğulayır.

O həbsini, ailə üzvlərinin də təzyiqlərə məruz qalmasını Sovet hakimiyyətinin repressiyaları ilə müqayisə edir.

“Biz sanki sürgünə, yaxud konslagerə göndərilmişik, ailə üzvlərimiz də bizə görə cəzalandırılır və təzyiq altında saxlanılırlar”, – Ülvi Həsənli yazır.

Ülvi Həsənlinin vəkili Zibeydə Sadıqova BBC-yə deyir ki, birbaşa görüşlə bağlı, qanunvericilikdə nəzərdə tutulmuş hər hansı qadağa yoxdur.

O vurğulayır ki, qadağanın olmamasına baxmayaraq, ailə bu hüququndan “məhrum edilir” və ona ailəsilə yalnız şüşə arxasından görüşə icazə verilir.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button