2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ senatorları Gürcüstanda “Xarici agentlər haqqında” qanunun qəbul ediləcəyi təqdirdə sanksiyalarla hədələyirlər

Cümə günü Janna Şahin və Cim Rişin rəhbərliyilə bir qrup amerikalı senator (12 həmkar) Gürcüstanın baş nazirinə məktub göndərib. Onlar öz maliyyələşməsinin 20 faizdən çoxunu xarici donorlardan aldığı təqdirdə qeyri-hökumət təşkilatlarını və müstəqil KİV-i “xarici agent” kimi qeydiyyatdan keçməyə məcbur edəcək qanun layihəsindən çox narahat olduqlarını bildiriblər. Turan-ın Vaşinqton müxbiri məumat verib.

Belə qanun layihəsi təsdiqlənərsə, “söz azadlığını ciddi şəkildə məhdudlaşdıracaq və ABŞ-ın Gürcüstanla çoxdankı münasibətlərini pozacaq”,- senatorlar qeyd ediblər.

Belə qanun “Gürcüstan xalqına güclü siqnal ola bilər ki, hökumət artıq onun istəklərini əks etdirmir, Avropa İttifaqına üzvlük cəhdlərini pozur və öz konstitusiyasını dəstəkləmir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bütün bunlar ABŞ-ın Gürcüstanla bağlı siyasətinin dəyişməsini və Gürcüstan siyasətindəki dəyişiklikləri nəzərə almasını tələb edəcək”.

Belə qanunun qəbul edilməsi “Gürcüstanın demokratik inkişafının pozulmasına və onun Avroatlantika istiqamətinin qarşısının alınmasına məsuliyyət daşıyanlara qarşı sanksiyalara səbəb ola bilər. ABŞ-ın Gürcüstan üçün birbaşa maliyyə yardımına yenidən baxılması və viza qadağalarının tətbiqi də mümkündür”, – məktubda deyilir.

Rişu və Şahinlə yanaşı, senatorlar Ben Kardin, Lindsi Qrem, Kris Kuns, Pit Riketts, Dik Durbin, Rocer Uiker, Riçard Blumental, Tom Tillis, Tim Keyn, Den Sallivan, Şeldon Uaythaus və Martin Henrix məktubu imzalayıblar.

   

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button