Xəbərlər

18 il Paris hava limanında yaşayan iranlı elə orda da vəfat edib

Mahran Kərimi Nasseri 76 yaşında Paris Şarl de Qoll hava limanında vəvat edib.

O, 1980-ci illərin sonundan 18 il Şarl de Qoll hava limanının 2F terminalında yaşayıb və ölümündən bir neçə həftə əvvəl oraya qayıdıb.

Naseri 1945-ci ildə İranda anadan olub. 1974-cü ildə daha əvvəl onlardan ayrılmış anasını axtarmaq üçün Londona uçub. Yaxınları Naseriyə anasının İngiltərəyə getdiyini bildiriblər.

1977-ci ildən 1981-ci ilə qədər iranlı altı ölkədən sığınacaq almağa çalışıb və nəticədə onu Belçikada alıb, orada kitabxanada işə düzəlib.

1988-ci ildə Nasseri Böyük Parisdən keçməklə Britaniyaya köçmək qərarına gəlib. Bir ehtimala görə sənədlərini itirib. O, sənədləri olmadan Londona uçub və yenidən Fransaya göndərilib. İranlının ölkəyə daxil olmaq hüququ olmayıb və o, hava limanında 2F terminalında məskunlaşıb. O, günlərini dəftərinə öz həyatını yazmaqla, qəzet və jurnal oxumaqla keçirib.

1999-cu ildə Nasseri Fransada qaçqın statusu alsa da , 2006-cı ilə qədər hava limanının terminalında qalıb. Bu hadisə Hollivud rejissoru Stiven Spilberqin diqqətini çəkib, o, 2004-cü ildə Nasserinin hekayəsi əsasında “Terminal” tragikomediyasını çəkib.

Filmdə baş rolları Tom Hanks və Ketrin Zeta-Cons canlandırıb. Filmin premyerasından sonra Naseridən müsahibə alınmağa başlanılıb. Özünü “Ser Alfred” adlandıran Nasseri gündə bir neçə dəfə mətbuatla görüşüb.

2006-cı ildə xəstələndiyi üçün xəstəxanaya aparılıb. Bundan sonra Spilberq filmindən aldığı pulla yataqxanada yaşayıb. Bir neçə həftə əvvəl Nasseri yenidən uzun müddət yaşadığı 2F terminalına qayıdıb və noyabrın 12-də elə orda vəfat edib.

Hava limanının sözçüsününü dediyinə görə, onun ölümü təbii səbəblərdən olub. Nasserinin yanından bir neçə min avro nağd pul tapılıb.

Hava limanının əməkdaşı aydınlaşdırıb ki, Naseri həmişə hava limanının ictimai yerində olub və hava limanının işçiləri onun qayğısına qalıblar.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Hesablama Palatası AZAL-da nöqsanlar üzə çıxarıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button