2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

2023-cü ilin büdcəsi təsdiqləndi – Nələr daxildir?

Prezident İlham Əliyev Milli Məclisin dekabrın 9-da qəbul etdiyi “2023-cü il dövlət büdcəsi haqqında” qanunu təsdiqləyib.

Gələn il büdcənin gəlirləri 30 774 milyon manat, xərcləri 33 353,3 milyon manat olacaq.

Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 5,4% və 3,25% çoxdur.

Saytların yığılması Saytlarin yigilmasi

Son nəticədə büdcədə 2 579,3 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 17% azalma deməkdir.

Büdcə gəlirlərinin 30 017 milyon manatı mərkəzləşdirilmiş, 757 milyon manatı isə yerli gəlirlər, büdcə xərclərinin isə 32 584 milyon manatı mərkəzləşdirilmiş, 769,3 milyon manatı isə yerli xərclərdir.

Ümumilikdə isə xərc istiqamətləri bunlardır:

iqtisadi fəaliyyət – 6 milyard 891,2 milyon manat;

müdafiə və milli təhlükəsizlik – 5 milyard 331,2 milyon manat;

təhsil – 4 milyard 423,1 milyon manat;

sosial müdafiə və sosial təminat – 4 milyard 415,9 milyon manat;

ümumi dövlət xidmətləri – 3 milyard 808,2 milyon manat;

məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq – 2 milyard 762,9 milyon manat;

səhiyyə – 1 milyard 906,4 milyon manat;

kənd təsərrüfatı – 1 milyard 202,1 milyon manat;

mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət – 561,7 milyon manat;

ətraf mühitin mühafizəsi – 371,5 milyon manat;

mənzil və kommunal təsərrüfatı – 350,6 milyon manat;

əsas bölmələrə aid edilməyən xərclər – 1 milyard 328,4 milyon manat.

The post 2023-cü ilin büdcəsi təsdiqləndi – Nələr daxildir? appeared first on 24 saat.

“24 saat “2023-cü ilin büdcəsi təsdiqləndi – Nələr daxildir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button