2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriXəbərlər

21 ABB meneceri “Executive Mini-MBA” proqramını uğurla başa vurdu!

®ABB menecerlərinin fərdi inkişafı məqsədilə Türkiyənin ən nüfuzlu ali təhsil mərkəzlərindən olan Koç Universiteti ilə birgə təşkil edilmiş “Executive Mini-MBA” proqramı başa çatıb. 

Saytların yığılması Saytlarin yigilmasi

21 ABB meneceri “Executive Mini-MBA” təhsilini nailiyyət sertifikatı ilə başa vurub. Bu münasibətlə Koç Universitetinin əsas kampusunda ABB və Universitet rəhbərliyinin iştirakı ilə təntənəli məzun günü tədbiri keçirilib.  

Tədbirdə çıxış edən ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bu nailiyyət münasibətilə Bank menecerlərini təbrik edib. ABB ilə uğurlu tərəfdaşlığa görə Koç Universitetinə minnətdarlığını bildirib. İdarə Heyətinin sədri bu effektiv layihə ilə ABB-də peşəkar inkişaf üçün daha bir faydalı təcrübənin formalaşdığını diqqətə çatdırıb. Qeyd edib ki, proqram davamlı olacaq, Bankın daha çox meneceri bu imkandan faydalana biləcək. 

Tədbirdə Koç Universitetinin vitse-prezidenti, professor Zeynep Gürhan, Universitetin Biznes məktəbinin İcraçı direktoru Nida Bektaş da çıxış edərək məzunlara və Banka gələcək fəaliyyətdə uğurlar arzulayıblar. 

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button