2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

2315 yeni yoluxma, 22 ölüm

Son bir gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2315 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 981 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahın oktyabrın 23-də açıqladığı məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 22 nəfər vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 514 min 218 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 483 min 559-u sağalıb, 6869-u vəfat edib, aktiv xəstə sayı 23 min 861-ə yüksəlib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12 min 568, ötən müddət ərzində isə ümumilikdə 5 milyon 95 min 973 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,9 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button