Xəbərlər

603 gündəlik  yoluxma aşkarlanıb

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan  234 nəfər sağalıb.

Bu məlumatı martın 14-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 240 295 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 960 nəfər  sağalıb, 3 282 nəfər vəfat edib, aktiv xəstə sayı 6 053 nəfərdir”.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə  8 945 , hazırkı dövrədək isə ümumilikdə 2 710 126  test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

24 saat” “603 gündəlik  yoluxma aşkarlanıb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button