2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

“Azərenerji”də kütləvi ixtisarlar

Hakimiyyətin yeni iş yerləri ilə bağlı kampaniyası fiaskoya uğradı

21 dekabr devalvasiyasından sonra hakimiyyət böhranın qarşısını real addımlar atmaqdansa, imitasiya ilə cəmiyyəti aldatmaq yolunu tutdu. Kütləvi ixtisarların getdiyi bir vaxtda ölkə başçısı Ilham Əliyev işsiz qalanları dövlət qurumlarında işləməyə dəvət edib. Onun bu çağırışından sonra “yeni iş yerləri” ilə bağlı kampaniyaya start verildi.

Rayonlarda əhali məşğulluq idarələrinin qarşısına toplaşdı. Bəzi bölgələrdə, xüsusilə Gəncədə bu toplantılar aksiyaya çevrildi. Həmçinin bəlli oldu ki, məşğulluq idarələrinin qarşısına toplaşan insanlar dövlət qurumlarına göndərilsə də, onlara “iş yoxdur” cavabı verilib. Daha sonra “Azadlıq” qəzeti bu “Azərenerji”də bu prosesin necə getdiyini əks etdirən sənədlər yaydı. Həmin sənədlərdən aydın olurdu ki, fevralın 19-da Etibar Pirverdiyev əmr imzalayıb. Həmin əmrdən bəlli olur ki, “Azərenerji” prezidenti Ilham Əliyevin çağırışına uyğun olaraq “yeni iş yerləri” açıb. Etibar Pirverdiyev əmr verib ki, hansısa tikinti və abadlaşdırma sahələri yaradılsın. “Azərenerji”dən çıxarılan işçiləri həmin sahədə işlə təmin olunsun. Beləliklə, energetiklər tikintilə məşğul olacaqlar. Onların maaşla necə təmin olunacaqlarına gəlincə, növbəti əmrdə və “Azərenerji”nin baş mühəndisi Həsən Həsənovun bu əmrə müvafiq olaraq qurumun bütün strukturlarına verdiyi göstərişdən aydın olur ki, yeni işçilər əmək haqqı ilə təmin etmək üçün rəhbər vəzifədə çalışanlar istisna olunmaqla, digər işçilərin maaşına “əl gəzdirilib”.

Saytların yığılması Saytlarin yigilmasi

Dünən isə redaksiyamıza daha bir sənəd daxil olub. Bu, Etibar Pirverdiyevin martın 16-da imzaladığı növbəti əmrdir. Sənəddən aydın olur ki, “Azərenerji”nin idarə aparatının tərkibindəki Enerjinəzarət Idarəsi, Əməyin Təhlükəsizliyi Xidməti, və Yanğından Mühafizə Xidməti ləğv edilib. Onların yerinə baş mühəndisin funksional tabeçiliyində Enerjinəzarət Xidməti, Texniki şərtlərin verilməsi xidməti və Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğından mühafizə və istismara nəzarət xidməti yaradılsın.

Etibar Pirverdiyevin bu əmrilə qurumda kütləvi ixtisarlar baş verib. Məsələn, ləğv edilmiş Enerjinəzarət Idarəsinin 300 işçisi olub ki, onu əvəzləyən yeni struktura həmin işçilərdən cəmi 58 nəfəri götürülüb. Texniki şərtlərin verilməsi xidmətində isə 28 işçidən 3-ü saxlanılıb. Yanğından mühafizədə işçilərin sayı 4-dən 1-ə, istismara nəzarət xidmətində isə 14-dən 2-yə endirilib. Bir daha qeyd edək ki, yeni yaradalına strukturların işçilərin əvvəlki qurumlardan transfer olunub.

Onu da qeyd edək ki, “Azərenerji”də bayramlarda işçilərə verilən 105 manat 52 manat 50 qəpiyə endirilib. Bayramların sayı da azaldılıb. Indi “Azərenerji”də çalışanlar həmin pulu yalnız Energetika və Dünya Azərbaycanlılarının Həmrəyliyi günlərində alırlar. Bundan başqa məzuniyyət vaxtı həmkarların xəttilə verilən pul da ləğv olunub. Beləliklə, göründüyü kimi hakimiyyətin yeni iş yerləri ilə bağlı kampaniya tamamilə fiaskoya uğrayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button