2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SosialXəbərlər

Rusiyanın sutka ərzində Ukraynadakı itkilərinin mini keçdiyi bildirilir

Ukrayna ordusu baş qərargahının martın 12-də yaydığı məlumatda iddia olunur ki, Baxmut şəhərinə qarşı döyüşləri davam etdirən Rusiya tərəfi son 24 saat ərzində 1090 hərbçi və 8 tank itirib.

Saytların yığılması Saytlarin yigilmasi

Müstəqil, anti-Putin media orqanı olan “Mediazona” isə martın 11-də bildirib ki, onun hesablamalarına görə, son iki həftədə Ukraynada gedən döyüşlərdə Rusiya 1638 hərbçi və “Vaqner “muzdlusu itirib.

O da qeyd olunur ki, bu “Mediazona”, “BBC” və könüllülərin hesablamalarında ən böyük itkilər sayılır.

“Vagner” döyüşçüləri arasında itkilərin artdığını yazan “Mediazona” vurğulayır ki, ən çox itki şirkətin döyüşlərə cəlb etdiyi məhbuslar arasında olub.

Jurnalistlər və könüllülər ölən 800 Rusiya hərbçisinin adını müəyyən edə biliblər.

Amma “Mediazona” vurğulayır ki, bu itkilərin real səviyyəsini əks etdirməyə də bilər və say bir-neçə dəfə böyük ola bilər.

Nəşrin məlumatına görə, ən çox dəfn mərasimləri Sverdlovsk və Çelyabinsk vilayətlərində, Başqırdıstan, Buryatiya və Dağıstana olub.

O da qeyd olunur ki, digər bölgələrlə müqayisədə Krasnodar diyarından müharibəyə aparılanlar arasında itkilərin daha çox olması ilə bağlı məlumatların yayılması könüllülərin qəbiristanlıqları gəzərək hərbçi məzarlarının şəklini çəkib paylaşmaları ilə bağlıdır.

Britaniya kəşfiyyatı və digər Qərb analitikləri, Rusiya tərəfinin Baxmutu mühasirəyə almaq cəhdi zamanı böyük itkilər verdiyini irəli sürüblər.

Ukrayna quru qoşunlarının komandanı Aleksandr Sırski bildirib ki, Baxmutun inadla müdafiəsi Ukrayna qüvvələrinə qarşıdakı əks hücuma hazırlaşmağa kömək edib.

Rusiya və Ukrayna itkilərlə bağlı məlumatları açıqlamırlar. Qərb kəşfiyyatının hesablamalarına görə, Rusiya ordusunun ölən və yaralananlarla itkisi 200 min nəfərə çata bilər – onlardan 60 minə qədəri ölə bilər.

Pentaqonun ötən ilin noyabrında açıqladığı məlumata görə, hər iki tərəfin itkilərinin 100 min ola biləcəyini qeyd edib.

Amma hərbi əməliyyatlar şəraitində döyüşən tərəflərin itkilərlə bağlı səsləndirdikləri rəqəmləri tez yoxlamaq çətindir.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edib. Hələ də davam edən müharibədə Ukraynada onlarla yaşayış məntəqələri, infrastruktur obyektləri dağıdılıb.

Minlərlə insan həlak olub, yüzminlərlə insan evlərini və ümumiyyətlə Ukraynanın tərk etməyə məcbur olub. Ukraynaya qarşı müharibəni dayandırması üçün Qərb ölkələri Rusiyaya qarşı çoxsaylı sanksiyalar tətbiq ediblər.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button