2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Bəzi məhsullara vergi yüngülləşdirilə bilərmi? – VİDEO

Son dövrlər bəzi sahibkarlar və qurumlar əlavə dəyər vergisinin differensiallaşdırılmasını, yəni ayrı-ayrı sahələr üçün faizin azaldılmasını təklif edirlər. Məsələyə Vergilər Nazirliyinin münasibətini öyrəndik.
Əlavə dəyər vergisi istehlak vergisidir. Bu verginin ödəyicisi sahibkar yox, müştəridir. Belə ki, sahibkar satdığı malın 18 faizi həcmində ƏDV ödəyir. Ancaq həmin məbləği malın qiymətinə əlavə edərək müştəridən alır. Hazırda gündəliyə gələn təklif isə bu vergi dərəcəsinin differensiallaşdırılması ilə bağlıdır.
Ancaq ƏDV-nin azaldılması dövlət büdcəsində vergi itkiləri yarada bilər. Buna görə faizin hansı həddə qədər endirilməsi sual doğurur.
Ancaq sahibkar ƏDV-nin azalmasına baxmayaraq, məhsulun qiymətini salmaya bilər. Bu və digər halların qarşısını almaq üçün güzəştin yalnız nağdsız hesablaşmalara şamil olunması da mümkündür.
Vergilər nazirliyindən o da bildirildi ki ƏDV-nin diferensiyallaşdılması üçün qanunvericiliyə müvafiq dəyişiklik Milli Məclis tərəfindən edilə bilər. /Xəzər TV/
 
 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button