2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ABŞ Rusiyanın bütün dünyada seçkilərə müdaxiləsinin qarşısını almaq üçün Aİ ilə əməkdaşlıq edir

Cümə axşamı Birləşmiş Ştatlar bildirib ki, Rusiyanın qarşıda duran seçki prosesinə müdaxiləsinə qarşı mübarizə məqsədilə Aİ ilə sıx əməkdaşlıq edir.

Avropa Parlamentinə seçkilərə cəmi bir neçə həftə qalıb və bu qanunverici orqanda yeni casusluq ifşaları narahatlıq doğurur. Öz növbəsində, bir sıra Avropa hökumətləri və xüsusi xidmətləri bu ölkələrə qarşı dezinformasiya əməliyyatlarının həyata keçirildiyini bildiriblər.

Belə ki, keçən ay Rusiyanın təsir göstərmə əməliyyatının üstü açıldıqdan sonra Çexiya hökuməti bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edib. Avropa Parlamentinin üzvlərinə Rusiya təbliğatını təşviq etmək üçün pul təklif edildiyi iddia olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Turan-ın ABŞ-ın Rusiyanın Avropada seçkiləri pozmağa yönəlmiş potensial cəhdlərindən narahat olub-olmaması haqqında sualına cavabda Dövlət Departamentinin rəsmi nümayəndəsinin müavini Vedant Patel deyib ki, Vaşinqton “Rusiya Federasiyası kimi düşmən subyektlər tərəfindən” seçkilərə istənilən potensial müdaxiləni diqqətlə izləyir.

Bu il bütün dünyada rekord sayda seçkilərlə əlaqədar Dövlə Departamentinin Qlobal Qarşılıqlı Fəaliyyət Mərkəzi ABŞ-ın müttəfiqlərinin Rusiya və Çin dezinformasiyasının seçicilərə təsirinin qarşısını almasına kömək edir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button