2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

7 oktyabr Vətənimizin bütün məzlumlarının aksiyasıdır

Ataxan Əbilov

Bir qövm ki, ona hakim kəsilən və onun varidatını basıb yeyən səlahiyyyət sahiblərini (prezidentini, nazirini, hakimini, prokurorunu, polisini) müəyyən etməkdə, seçməkdə heç bir səlahiyyəti və rolu yoxdur, o qövm məzlumdur. İllah ki, XXI əsrdə.

Saytların yığılması Saytlarin yigilmasi

Məzlumun zülmünü Allah göndərməyib. Məzluma hakim kəsilənlər də məzlumdan heç nə ilə seçilməyən Allahın bəndələridir. Bu zülmü məzlum özü-özünə rəva görüb. Özünün passivliyi, başı aşağı olması, vaxtı-vaxtında haqqını tələb etəməməsiylə.

Böyük Mirzə Fətəlinin sözü olmasın, bu gün Azərbaycana hakim kəsilənlər xalqımızın, Vətənimizin başına elə müsibətlər gətirmişlər ki, onları xatırlayarkən ağıllı bir insanı ağlamaq tutmaya bilməz.

Mən 8 ildir ki, əhalisi Azərbaycandan təxminən 2 dəfə çox, ərazisi isə iki dəfə balaca olan Niderlandda yaşayıram. Burada təqaüdçünün bir aylıq təqaüdünü Azərbaycan təqaüdçüsü bir ilə ala bilmir. Burada müəllimlərin əmək haqqısı 3-5 min avro civarındadır. Bu cəmiyyətin ən təminatlı insanları pərvanə kimi xəstələrin başına fırlanan həkimlərdir. Burada işsizlər adam başına min avro civarında aylıq sosial təminat alır. 18 yaşına qədər uşaqlar tam dövlət təminatındadırlar. Onlar üçün tibbi sığorta və təhsil pulsuzdur.

Biləsiniz ki, bütün bunlara sahib olan Niderlandın Azərbaycan qədər təbii sərvəti yoxdur.

Sizə qəribə gələr, 8 ildir ki, yaşadığım Niderlandda avtomobilimi bir dəfə olsun belə polis saxlamayıb. İnsanlar burda polisdən hürkmür. Polis vətəndaşa yaxınlaşmaq istədikdə göstərdiyi nəvazişlə sanki vətəndaşa nökərçilik etdiyini nümayiş etdirir.

Burada hər bir vəzifə sahibi xalq qarşısında hesabatlıdır. Özünün fəaliyyəti, varı-dövləti, əxlaqı, davranışı, ailə üzvlərinin fəaliyyətilə.

Bütün bunların yalnız bir səbəbi var. Buranın xalqı məzlum deyil. O, hər 4 ildən bir kimin ona hakim olacağını, nazirini, prokurorunu, polisini, bələdiyyə sədrini özü müəyyən edir. Azərbaycan xalqının isə belə bir haqqı əlindən alınıb.

XXI əsrdə belə imkanları olmayan xalqlar məzlumlardır. Nə qədər ki, Azərbaycan xalqı özünə bu imkanı qazanmayacaq məzlum olaraq qalacaqdır. Çıxış yolu isə ardıcıl olaraq dinc kütləvi etirazlardan keçir.

7 oktyabr Azərbaycanın məzlumluqdan qurtulmasına gedən yol ola bilər. Bu hər bir Azərbaycan vətəndaşından asılıdır. Sadəcə heç nədən çəkinmədən aksiyaya gəlib iştirak etmək lazımdır. Bununla nəinki özünüzü, gələcəyinizi, həm də uşaqlarınızı məzlumluqdan xilas edə bilərsiniz.

Bu aksiya bütün Azərbaycan xalqınındır. Bu tək məzlum türk xalqının aksiyası deyil. O, həm də məzlum talışların, ləzgilərin və bu Vətəndə yaşayan digər məzlum xalqların birgə aksiyasıdır.

Zülmdən yalnız birgə mübarizə ilə qurtulmaq olar. Ağıllı bir insan bu aksiyadan kənarda qalmamalıdır…

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button