Xəbərlər
889 zəhərlənmə müraciəti olub, 7 nəfər ölüb
Bu ilin avqustunda Bakıdakı Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib.
Bu barədə Mərkəzin yaydığı məlumatda bildirilir.
Müraciət edənlərdən 164 nəfər Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Qəbul olan xəstələrin 74-ü dərmandan, 26-sı sirkə turşusundan, 1-i dəm qazından, 2-si göbələkdən, 11-i etil spirtindən zəhərlənib.
Həmçinin, 28-ni ilan, 6-sını həşəratlar sancıb.
164 nəfərdən 7-si vəfat edib.