Gündəm
İnformasiya və rabitə sahəsində iş yerləri azalıb
2016-cı ildə Azərbaycanda informasiya və rabitə sahəsindəki iş yerləri azalıb. Bu sahədəki məşğulluq göstəricisi rəsmi bilgilərə görə, azı 5 faiz aşağı düşüb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il informasiya və rabitə sahəsində məşğulluq 26 mindən 24,7 min nəfərə enib.
Buna da bax: 3 ayda işləyənlərin sayı 4 minə qədər azalıb
Yalnız proqram təminatı sahəsi istisna təşkil edir. 2016-cı ildə orda 89 yeni iş yeri açılıb.
Bu il yanvarın 1-nə olan statistikaya görə, rabitə sektorunda məşğulların sayı 13,4 min nəfər olub. Bu, bir il öncəkindən 5 faiz azdır. Nəşriyyat müəssisələrində əməkdaşların sayı da azalaraq 1372-dən 1274 nəfərə düşüb.
Buna da bax:
24saat.org
Mənbə – azadliq.org