Gündəm
Banklar arasında dollar yenidən bahalaşdı
Banklararası ticarətdə dollar günə bahalaşma ilə başlayıb. Fins.az xəbər verir ki, may ayının 2-də “Bloomberg” terminalında dollar 1.6812 manata yüksəlib. Bu isə ABŞ valyutasının manat qarşısında 0,22 % dəyər qazanması deməkdir. Bundan əvvəl dollar terminal üzərində günü 1.6775 manat kursu ilə yekunlaşdırmışdı.
Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.
24saat.org
Mənbə – azadliq.info