Donald Trampın adminstrasiyası məktəblərdə keçmiş birinci xanım Mişel Obamanın irəli sürdüyü sağlam qidalanma standartını yumşaldıb. Məktəblərdə sağlam qidalanma haqqında federal qanun 2010-cu ildə Barak Obama tərəfindən imzalanıb.
ABŞ-ın kənd təsrrüfatı naziri Sonni Perdyu qidada duzun miqdarına olan məhdudiyyəti aradan qaldırıb, taxıl məhsullarına tələbi yumşaldıb, həmçinin menyuya şəkərli südün daxil edilməsinə icazə verib.
“Standartlar səbəbilə uşaqlar yeməkdən imtina etsə və yemək zibil qabına getsə, bu, uşaqların qidanı qəbul etməməsi deməkdir, onda bu proqramın mənası da qalmır”, – deyə nazir bildirib.
Əsas etibarilə kasıb ailələrdən olan 30 milyondan çox amerikalı uşaq federal büdcənin hesabına məktəblərdə nahar edir.
azadliq.info
24saat.org
Mənbə – azadliq.info