Ərdoğan ABŞ-dan önəmli üçlüyün gəlişini gözləyir
Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfərindən əvvəl Vaşinqtona gedən “önəmli heyət”in gündəmində Suriya məsələsi olduğu açıqlanıb.
16-17 mayda ABŞ prezidenti Donald Trampla olacaq görüşdən əvvəl Vaşinqtona gedən Prezidentin sözçüsü İbrahim Kalın, MİT müşaviri Hakan Fidan və Baş qərargah rəisi general Hulusi Akardan ibarət heyətin qovluğundakı ən əhəmiyyətli məsələlər ABŞ-ın YPG / PKK-ya Suriyada verdiyi dəstəyin qarşısını almaq və Suriyanın şimalında Türkiyənin istədiyi etibarlı bölgələrin yaradılması.
YPG / PKK məsələsində ABŞ rəhbərliyi ilə müzakirə aparan heyət prezident Ərdoğana bir hesabat təqdim edəcək. Ərdoğan da görüşdə bu hesabata görə yanaşma təyin edəcək. Müşahidəçilərin fikirnə görə, bundan başqa, Ərdoğan Obama dövründən sonra FETO məsələsi ilə bağlı da bəzi məqamları yenidən müzakirə etmək, 2019-cu ildə yeni sistemə keçiləcək seçki öncəsi mövqeləri dəqiqləşdirmək və qeyri-müəyyənlikləri aradan qaldırmaq istəyir.
Trampla görüşdə Türkiyənin gözləntiləri və dözüm xətti dəqiq şəkildə ortaya qoyulacaq, qərar verilməsi istəniləcək. Görüşdə həmçinin regional siyasət kontekstində ABŞ və Rusiya arasında Suriya ilə bağlı bir razılaşma, yaxud gizli razılaşma olub- olmadığı və digər qlobla məsələlər dəqiqləşdiriləcək.
azadliq.info
24saat.org
Mənbə – azadliq.info