Zakir Həsənov müdafiə sərgisində
Müdafiə naziri Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti “İDEF – 2017” beynəlxalq müdafiə sənayesi sərgisinə qatılıb.
Nazirliyin mətbuat xidməti xəbər verir ki, Z.Həsənov heyətlə birgə mayın 9-da sərginin pavilyonlarına baxış keçirib.
Onlar müxtəlif ölkələrin müdafiə sənayesi şirkətlərinin silah, texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olublar.
Buna da bax: Müdafiə naziri Türkiyəyə gedib
“IDEF-2017” 8-ci beynəlxalq müdafiə sənayesi sərgisi İstanbulda keçirilir. Sərginin açılış mərasiminə Azərbaycandan müdafiə sənayesi naziri Yavər Camalov və müdafiə naziri Zakir Həsənov da qatılıb.
Sərgidə Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi silah və avadanlıqlar də nümayiş etdirilir. Sərgidə Azərbaycanda istehsal olunan 260 adda hərbi məhsul nümayiş etdirilir. Onların arasında zirehli texnika, snayper və başqa döyüş vasitələri var.
Buna da bax: Bakıda silah sərgisi başladı
Sərgi mayın 12-dək davam edəcək. Ümumilikdə sərgidə 50 ölkədən 300 şirkət öz məhsullarını nümayiş etdirir.
24saat.org
Mənbə – azadliq.org