2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Fətullah Gülənin milyardlarına əl qoyuldu – VAR-DÖVLƏTİNİN SİYAHISI

1 il əvvəl Türkiyədə hərbi yolla dövlət çevrilişi törətməyə cəhd edən FETÖ təşkilatına məxsus nəhəng sərvət dövlət büdcəsinin nəzarətinə keçib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Türkiyənin Milli Təhlükəsizlik Şurasına daxil olan “FETÖ ilə mübarizə hesabatı”nın maliyyə bölümündə qeyd edilir ki, təşkilatın bütün pul toplama kanalları bağlanıb. Eyni zamanda təşkilatın nəzarətində olan 7,5 milyard lirəlik daşınar əmlak, 41 milyard lirəlik şirkət əmlakları dövlətin nəzarətinə keçib. Qeyd edilib ki, bu pul ilə 10 ədəd Avrasiya tuneli də tikmək mümkündür.

Hazırkı valyuta dəyərlərini nəzərə aldıqda təşkilatın nəzarətindən çıxarılan 48,5 milyard lirəlik, yəni 13 milyard 750 milyon dollarlıq sərvətlə aşağıdakı işləri görmək olar:

10 ədəd Avrasiya tuneli tikmək
4 ədəd Sultan Səlim körpüsü tikmək
10 ədəd Körfəz körpüsü tikmək
6 ədəd Marmaray layihəsi həyata keçirmək.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button