2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Müəllimlərin maaşı ilə bağlı AÇIQLAMA

Buraxılış imtahanlarında iştirak edən hər bir şagirdin yazı işi iki müəllimə göndərilir.

24saat.org Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, hər iki müəllimin qiyməti üst-üstə düşdükdə, həmin uşağın nəticəsi avtomatik yazılır: “Qiymətlər üst-üstə düşmədikdə, yazı işi 3-cü müəllimə göndərilir və daha sonra hansı müəllimin düzgün qiymət verdiyi araşdırılır. Əgər hansısa müəllimin düzgün qiymət vermədiyi məlum olarsa, ona iş göndərilmir”.

Saytların yığılması Saytlarin yigilmasi

M.Abbaszadə qeyd edib ki, yazı işlərinin yoxlanılması üçün 5000 müəllim arasından təxminən 500 müəllim seçilərək marker kimi hazırlanıb: “Ötən il mən həmin müəllimlərə yazı işlərinin yoxlanılması üçün 380 min manatdan çox əməkhaqqı vermişəm. Onlardan kim isə 120 manat, kim isə 1200 manat maaş alıb. Yüksək maaş alanlar yazı işlərini yaxşı yoxlayırlar, onların yoxlama sürətləri çox yüksəkdir”.

M.Abbaszadə qeyd edib ki, 2019-2020-ci tədris ilində buraxılış imtahanlarında tətbiq ediləcək yeniliklərlə əlaqədar yazı işlərini yoxlayan müəllimlərin sayı kəskin artmalıdır.

Onun sözlərinə görə, bu işi görən müəllimlərin peşəkarlıq səviyyəsi yüksələcək. Bununla yanaşı, onlar bu işin müqabilində əməkhaqqı da alacaqlar.

M.Abbaszadə əlavə edib ki, həmin müəllimlər əməkhaqqını yoxladıqları işin sayına görə alacaqlar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button