Belarusda 2021-in ilk etiraz aksiyası
Minsk və Belarusun digər şəhərlərində Lukaşenko əleyhinə yeni ilin ilk etiraz aksiyası keçirilir.
AzadlıqRadiosunun belarus xidmətinin verdiyi məlumata görə, iri şəhərlərin müxtəlif rayonlarında toplaşan adamlar faktiki qadağan olunmuş qırmızı-ağ-qırmızı milli bayraqlarla Lukaşenko rejimini tənqid edən, demokratiyanı müdafiə edən şüarlar səsləndirilər.
Son iki saata olan məlumata görə, aksiyaya cəhdə görə, Moskvada bir nəfər saxlanılıb.
Belarusda vətəndaşlar 9 avqustda keçirilən prezident seçkilərdən sonra etirazlara başlayıblar. Etirazçılar 1994-cü ildən hakimiyyətdə olan Lukaşenko idarəçiliyinin sona yetirilməsini tələb edirlər. Etirazçılar kimi dünyanın bir çox ölkəsi Belarusda keçirilən prezident seçkilərinin nəticələrini tanımır. Bu seçkilərdən sonra müxalifət liderləri və o cümlədən seçkidə Lukaşenkonun əsas rəqibi olan Svetlana Txanovskaya ölkədən çıxmaq məcburiyyətində qalıb. Bəzi müxalifətçilər isə həbsxanaya salınıb.
24saat.org
Mənbə – azadliq.org