2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Əfqanıstan hökuməti Talibanla mübarizəyə yardım üçün veteran səhra komandirlərinə müraciət edir

Beynəlxalq qüvvələr ölkəni tərk etdiyi bir vaxt mühasirəyə düşmüş Əfqanıstan hökuməti Talibanla mübarizə aparmaq üçün veteran səhra komandirlərinə müraciət etməli olub.

Böyük bir hərbi rol oynamaq üçün qayıdan səhra komandirləri Prezident Əşrəf Qaninin Taliban hərəkatının ümummilli hücumunu dayandırmaq üçün milli səfərbərlik planının əsas hissəsidir. Lakin bu, ən yaxşı halda Əfqanıstanın yenidən yerli döyüşçülərə qarşı mübarizə aparmasına səbəb olacağı və Sovet ordusunun çəkilməsindən sonra 1990-cı illərdəki vətəndaş müharibəsinin təkrar olunması qorxusunu artırır.

Britaniya ordusunun keçmiş yüksək səviyyəli komandanı, general Riçard Barrons bazar ertəsi BBC-yə verdiyi müsahibəsində ölkənin on illərdir davam edəcək bir vətəndaş müharibəsinə sürüklənəcəyindən qorxduğunu deyib və Əfqanıstandan çıxma qərarını “strateji bir səhv” adlandırıb. “Bunun öz maraqlarımıza uyğun olduğuna inanmıram” – deyə, o bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Ibdül Rəşid Dostum

Əbdül Rəşid Dostum Talibanın daha çox ərazinin nəzarətini əlinə almasından sonra döyüşə qayıdan köhnə komandirlərdən biridir. Hazırda Taliban bir çox vilayətin paytaxtı da daxil olmaqla, ondan çox şəhəri mühasirəyə alıb.

Talibanın ildırım sürətli hücumu Əfqanıstan hökumətini sarsıdıb və Bayden administrasiyasının ABŞ qoşunlarını ölkədən çıxarmaq qərarından sonra ortaya çıxıb. Bütün NATO qoşunları sentyabr ayına qədər ölkəni tərk etməlidir.

Ağır döyüşlərin getdiyi Heratda şəhərin müdafiəsinə başqa bir veteran, mücahidlərin ruslar və Taliban əleyhinə döyüşən keçmiş lideri, 70 yaşlı Məhəmməd İsmayıl Xan nəzarət edir. Qərbin hərbi rəsmilərinin dediyinə görə, onun 1990-cı illərdəki vətəndaş müharibəsi veteranlarından ibarət 6000 nəfərlik könüllü ordusu var.

Məhəmməd İsmayıl Xan

Məhəmməd İsmayıl Xan

Uzun zaman səhra komandirlərindən qurtaracağına söz verən Əfqanıstan Prezidenti Əşrəf Qani keçmiş desantçı və bir zamanlar ABŞ-ın müttəfiqi olan Dostumla keçən həftə Türkiyədən müalicə olunaraq, Əfqanıstana qayıdarkən görüşüb.

Əfqanıstanıstanın sabiq vitse-prezidenti Dostum hazırda hökumətdə rəsmi vəzifədə çalışmır. 1991-cı illərdə o, Talibanla mübarizədə əsas fiqur idi və uzun müddətdir ki, Əfqanıstanın ən güclü, lakin bədnam komandirlərdən biri hesab olunur. Onun döyüşçüləri insan haqlrı qrupları tərəfindən 1990-cı illərdə məhbusların zorlanması və qətliamında günahlandırılıb.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button