2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Həbsxanadan birgə qaçmış rəis müavini və qatil tutuldu

Həbsxanadan bir yerdə qaçmış 56 yaşlı rəis müavini və 38 yaşlı məhbus qatil ələ keçib. Onlar mayın ilk günlərində Alabama ştatında (ABŞ) yoxa çıxmışdılar. Qaçqınları bir neçə ştatın polisi axtarırdı, onları tutana böyük məbləğdə mükafat vəd edilmişdi. Hələ də dəqiq bilinmir ki, qadın rəis müavini Viki Uayt kişi cani Keysi Uayta (təsadüfən soyadları da eynidir) özü qoşulub qaçıb, ya buna məcbur edilib.

Həftəsonu rəis müavini guya məhbusun psixi vəziyyətini dəyərləndirmək üçün onu məhkəməyə aparmaq adı ilə həbsxanadan çıxarmışdı. Amma cütlük məhkəməyə çatmamışdı. Sonradan bəlli olmuşdu ki, onları burada heç kim gözləmirmiş: 2015-ci ildə keçmiş rəfiqəsini öldürdüyünə görə 75 il həbs cəzası almış qatilin işi üzrə həmin günə nə müayinə, nə də dinləmə təyin olunubmuş.

Alabama ştatının Loderdeyl dairəsinin şerifi Rik Sinqlton “Mail Onlayn” nəşrinə bildirib ki, qaçışın uzun müddət hazırlandığına və yaxşı təşkil olunduğuna dair ciddi şübhələr var. Bunun üçün paltar, hətta xüsusi avtomobil də alınıb.

Saytların yığılması Saytlarin yigilmasi

Polis axtarılanları İndiana ştatında bir mehmanxanada aşkar edib. Aradan çıxmağa çalışarkən onlar öz maşınlarında qəzaya uğrayıblar. Qatil həbsxanaya qaytarılıb. Qadın rəis müavininin isə özü-özünü yaraladığı və xəstəxanaya yerləşdirildiyi bildirilir. Günahkar sayılsa, onu da 10 ilə qədər həbs cəzası gözləyir.

Ən son məlumata görə, Viki Uayt həbsxanada vəfat edib.

 

24 saat” “Həbsxanadan birgə qaçmış rəis müavini və qatil tutuldu” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button