2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Tehran rejimindən geriyə addım

Sədrəddin Soltan

Son 6 ayda İranda keçirilən çoxsaylı etiraz aksiyaları hakimiyyət ciddi şəkildə silkələyib. Tehran rejimi nokdaun aldıqdan sonra hələlik oyunu davam etdirsə də, büdrəmələr var. Belə davam etsə, növbəti zərbədən sonra rejim nokauta düşəcək. 

Ölkənin milli valyutası olan tümənin dollara nisbətən hər gün qiymətdən düşməsi, müəllimlərin və başqa işçilərin əmək haqlarının gecikdirilməsi, gündəlik tələbat mallarının, yanacağın qiymətinin bahalaşması, İnqilab Keşikçiləri Qvardiyası daxilində etirazların baş qaldırması, rejim liderləri Xomeyni və Xamneyiyə qarşı “Xomeyniyə lənət, Xamneyiyə ölüm!” şüarının səslənməsi, onların posterlərinin yandırılması kimi hallar rejimin öhdəsindən gələ bilmədiyi və ya qarşısını almaqda aciz olduğu hadisələrdir. 

Hakimiyyət bu vəziyyətdən çıxış yolu axtarırmı? Əlbəttə. Heç şübhəsiz, yol axtarırlar. Bu axtarış və tədbirlər əhalinin rifahı üçün deyil. Ölkənin üzləşdiyi problemlərlə bağlı hamını – ABŞ-ı, İsraili, Böyük Britaniyanı, qonşu dövlətləri adi vətəndaşları belə ittiham edir. Bir tək özünü haqlı sayır. Başqa yandan da günah keçisi axtarmağı unutmur. 

Saytların yığılması Saytlarin yigilmasi

İranda müəllimlər uzun müddətdir aylıq əməkhaqqını ala bilmirlər. Bu vəziyyətlə bağlı etiraz aksiyaları da keçirir. Hökumətin fikrincə, mart ayında müəllimlərin əməkhaqlarının ödənilməsi ilə bağlı yaranan iğtişaşlarda əsas günahkarın Təhsil Nazirliyi olduğu aşkarlanıb. Hökumətin müzakirəsindən sonra nazir Yusif Nuri vəzifəsindən uzaqlaşdırılıb. 

Yəni əməkhaqqı ilə yaranmış böhranın günah keçisi Yusif Nuri sayılır. 

Başqa sahələrdə də uyğun addımlar atılır. Əyalət başçılarını İnqilab Keşikçiləri Qvardiyasının komandirləri əvəzləyir. Ötən aylarda etiraz aksiyalarında ən çox itki vermiş Sistan-Bəlucistan əyalətinin başçısı tutduğu vəzifədən azad edilərək, yerinə SEPAH-ın komandiri təyin olunub. 

Etiraz aksiyaları başlayanda rejim qüvvələri onu yatırmaq üçün bir sıra təzyiq vasitələrindən istifadə etdi. Onda hakimiyyətdaxilində olanların bəziləri, din xadimləri və dövlət xadimləri buna qarşı çıxırdı. 

Bunun əks-effekt yaratdığını hiss edən rejim müxtəlif vasitələrlə özünə haqq qazandırmağa çalışır. 

İranda hakimiyyətdaxili mühafizəkar xəttin tanınmış nümayəndəsi, onların təmsilçisi, “Keyhan” qəzetinin baş redaktoru, panfarsistlərin liderlərindən biri Hüseyn Şəriətmədari “Financial Times” qəzetinə müsahibəsində deyib: “Həbs İranda hicab qaydalarını pozan qadınlara qarşı mübarizə yolu deyil”.

Qəzet İranda 7 ay əvvəl başlayan etiraz aksiyaları ilə bağlı araşdırma aparıb. Mətbu orqan hakimiyyətdaxili mühafizəkarların da oxşar fikirdə olduqlarını vurğulayıb. İranda etiraz aksiyaları iştirakçılarını rejim nümayəndələri, bir qayda olaraq, “iğtişaş törədən”, “yolunu azmışlar” (“münafiq”), “terrorçu” kimi təqdim edir. Hüseyn Şəriətmədari isə müsahibəsində aksiya iştirakçılarını bu cür ifadələrlə adlandırmaqda çətinlik çəkib. O, bəzi qadınların hicabdan imtina etməsindən narazılığını ifadə edib: “Bu səhvdir, qanunu pozurlar… Onlarla mübarizənin yolu maarifləndirmədir. Bu yol həbsdən keçmir”.

O qeyd edib ki, insanlar islamı tərk edəndə inqilab zəifləyir. Şəriətmədari etirazçılarla hakimiyyət tərəfdarları arasında fikir ayrılıqlarının həllinə və barışığın mümkünlüyünə də inandığını bildirib: “Müxtəlif baxışlar arasında debat normaldır”. O, bununla belə, rejimin etirazçılara və dünyəvilərə əhəmiyyətli güzəştlər edəcəyi fikrinin əleyhinə olduğunu da gizlətməyib.

Hüseyn Şəriətmədari kimi ideoloqun bu qənaətə gəlməsi təsadüfi deyil. Bu, hakimiyyətin etirazçılara yanaşmasındakı yanlışlığının göstəricisidir. 

Bu müsahibədən sonra Şəriətmədari İranın “Fars” agentliyinə müsahibəsində də oxşar fikirlər söyləyir. O, qadınların hicabdan imtina etməsini məlumatsızlıqla əlaqələndirməyə çalışır. Şəriətmədari İran Daxili İşlər Nazirliyinin hicabla bağlı yaydığı bəyanatda gecikdiyini vurğulayıb. O, nazirliyin hicabsızlara qarşı mübarizə üsulunu da məqbul saymayıb. Yanaşmanın birmənalı olmadığını vurğulayıb: “Mədəni və ictimai orqanlardan hicabın izah edilməsi tələbi uyğun olsa da, maarifləndirmə və izahatla məşğul olmaq üçün maneə olmamalıdır”.

Qeyd edək ki, nazirlik ötən illərdə hicab məsələsini düşmənin “məzlum və qüdrətli İran xalqına” qarşı apardığı ideoloji savaşın baltalarından biri olduğunu bildirib: ““Ağ çərşənbələr”, “İnqilabın qızları” kimi uğursuz planlar, məcburi hicab yox, azdlıq adı altında hiyləgər fəaliyyətdir” və s. 

Daxili İşlər Nazirliyi pis və ya yaxşı bütün komandirləri dəstəklədiyini açıqlayıb: “Məhkəmə sistemi, məhkəmə icraçıları və digər aidiyyəti qurumlar bir neçə qanun pozucularına qarşı tədbir görəcəklər”. Nazirlik İran qadınları adından çıxış edərək, bildirib ki, ölkənin siyasi, mədəni və sosial sistemləri prizmasından hicabın danılmaz mahiyyəti var: “Hicab İran xalqının sivilizasiyanın əsaslarındandır və biz ondan imtina etməyəcəyik”

Şəriətmədari “Fars”a verdiyi müsahibədə DİN-in ünvanına söylədiklərinə görə üzr istəyib. Bildirib ki, müsahibəsində lazımsız ifadələrə yol verib, bundan düşmənlər istifadə edə bilər. O, nazir Əhməd Vahid ilə fikir ayrılığının olmasını da xarici KİV-in uydurması adlandırıb. 

Ötən gün İranın ali rəhbəri ayətullah Seyid Əli Xamneyi də hicaba qarşı mübarizə ilə bağlı çıxış edib. O, hicabsızlığa qarşı bəzi insanların fərdi mübarizəsini özbaşınalıq adlandırıb. İranın ali rəhbər bildirib ki, qanunu pozanlara qarşı mübarizə aparmaq hökumətin vəzifəsidir.

Bu müraciət Tehran rejiminin cəmiyyətin artan narazılığı yatırmaq üçün göstərdiyi səylərdəndir. Çünki müxtəlif ictimai yerlərdə hakimiyyət nümayəndələri yeri gəldi-gəlmədi hicabsızlara hücum çəkirlər. Düzdür, cəmiyyət onları cavabsız qoymur. Bu hal ölkədə əhali arasında narazılığı artırır. Tehran rejiminin başçısı bundan ehtiyatlanaraq, məlum müraciəti edib. 

Göründüyü kimi, İran hakimiyyəti ölkə vətəndaşlarının tələbini, etirazını qarşılamağa hazır deyil. Hicabla bağlı aksiyaları hərbi-polis qüvvələri ilə yatırmaq taktikası fiaskoya uğradı. Bunun ardlnca aksiya zamanı tutulanlardan 4-ü barədə ölüm hökmü çıxarıldı. Tehran rejimi belə zənn edirdi ki, dara ağacından qorxub, etiraz yürüşü keçirilməyəcək. Ancaq əksinə oldu. Ona görə də edam hökmlərinin icrasını və çıxarılmasını dayandırıb. İndi də küçələrdə hicabsızlara qarşı fərdi mübarizə özbaşınalıq olaraq qiymətləndirilir. Cəmiyyətin tələblərinin ödənilməsi qarşılığında bu çabalar əhəmiyyətsizdir. Çünki ölkə əhalisi yenilik və dəyişiklik istəyir. Onu bu sayaq tədbirlərlə təmin etmək mümkün olmayacaq. Ona görə də baş örtüyü olan hicab indi də rejimin baş bəlasına çevrilib…

The post Tehran rejimindən geriyə addım appeared first on 24 saat.

24 saat” “Tehran rejimindən geriyə addım” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button