2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Bakı Laçın yoluna nəzarəti bərpa etməyə çalışır”

“Yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb”. Pressklub.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin martın 30-da yaydığı məlumatda deyilir.

Xatırladaq ki, 2022-ci ilin avqustunda Laçın şəhərindən yan keçməklə Qarabağı Ermənistanla birləşdirən yeni yol istifadəyə verilib və Qarabağ erməniləri ilə İrəvan arasında əlaqə bu yolla davam edib.

Ermənistan o zaman Laçın yolunun yeni marşrutu ilə birləşəcək yolun öz ərazisindən keçən hissəsini çəkmədiyi üçün Azərbaycan Zabux kəndindən yeni marşrut xəttinə kimi müvəqqəti yol çəkdi.

Saytların yığılması Saytlarin yigilmasi

İndi erməni KİV-i xəbər verir ki, yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintisi başa çatıb. Ona görə də, yolun Zabuxdan yeni marşruta qədər olan hissəsinin fəaliyyət göstərməsinə ehtiyac qalmayıb və Azərbaycan ordusu Ermənistanla sərhəddə yeni mövqelər tutub.

Bir sıra müşahidəçilər bildirilər ki, bu, Azərbaycanın Laçın yolunun Ermənistanla sərhəd hissəsinin yaxınlığında mövcudluğunu artırmasının və keçidi daraltmasının sübutudur. Bu, nə dərəcədə doğrudur? Hələlik Moskvanın bununla bağlı aydın reaksiyası müşahidə edilmir. Digər tərəfdən, bəzi erməni KİV-ləri yazır ki, Azərbaycan ordusu yeni mövqelər tutmaqla Ermənistan ərazisinin daha bir kiçik ərazisini nəzarətə götürüb. Amma bu informasiya da şübhəlidir. Təbii ki, maraqlıdır, Azərbaycanın bu sahədə atdığı addımlar konkret olaraq nəyə hesablanıb və Moskva buna hansısa yolla mane ola bilərmi? 

Politoloq, “Şərq-Qərb” Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu fikirlərini Press Klubla bölüşüb.

O hesab edir ki, son bir neçə gündə Qarabağın dağlıq hissəsində baş verən hadisələr, Azərbaycan bölmələrinin Laçın yolu istiqamətində irəliləməsi, həmçinin dəhlizdən kənarda bir neçə kommunikasiyanı, bir neçə yüksəkliyi, kəndləri nəzarətə götürməsi tərəflərdən birinin münaqişənin müəyyən qədər dərinləşməsi prosesinə start verdiyini göstərir.

“Münaqişə var. Əgər dövlətin hələ də Qarabağın dağlıq hissəsinə nəzarəti yoxdursa və dövlət başlanğıc üçün heç olmasa Laçın dəhlizi üzərində nəzarəti əldə etmək üçün hər cür cəhd edirsə və bu proses üç ay ərzində çox intensiv şəkildə davam edirsə, o zaman belə qənaətə gələ bilərik ki, Azərbaycan bu məsələni sona çatdırmaq niyyətindədir. Deyilənə görə, oradan Ermənistan nizami ordusunun hərbçiləri, silah-sursat, yaraqlılar daşınır. Bunun nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma bir məsələ var ki, Rusiya sülhməramlıları adlandırılan qüvvələr regionu öz nəzarətlərində saxlamağa və eyni zamanda Azərbaycanın siyasətinə təsir etməyə çalışırlar. Belə bir mübarizə gedir.

Yekun vəzifə Bakının Laçın yolunu nəzarəti altına almasıdır. Mümkündür ki, silah gücünə deyil, yumşaq güclə. Düzdür, bunun necə mümkün olacağını təsəvvür etməkdə çətinlik çəkirəm. Amma digər tərəfdən, ekoloji fəalların aksiyaya başlaması buna işarə idi. Yəni, Azərbaycan rəhbərliyi hələlik güc tətbiq etmədən dəhliz üzərində nəzarətini bərqərar etməyə çalışır. Bunun nəticə verib-verməyəcəyini söyləmək çətindir. Lakin bu məsələdə Rusiya ilə Azərbaycan arasında münaqişə açıq-aşkar hiss olunur. Rusiya tərəfi niyə susur? Düşünürəm ki, onlar reaksiya verəcəklər. Çünki prinsipcə, Azərbaycanın belə bir irəliləyişi qısamüddətli perspektivdə onların əlinə oynayır. Bu, Rusiya tərəfinə separatçılarla daha fəal manipulyasiya etmək və təbii ki eyni zamanda, ermənilərin xarici dostlarına (əsasən demokratik dünyada) Azərbaycanı daha kəskin tənqid atəşinə tutmaq imkanı verir.

Bütün bunların sonu necə olacaq? Hələlik Kreml bəyanatlarla reaksiya verəcək. Düşünürəm ki, Moskvanın Qafqazda ikinci cəbhə açması zəruridir. Çünki o, faktiki olaraq, Ukraynadakı müharibəni uduzub. Amma digər tərəfdən, Rusiya indi burada hər şeyin rəvan gedə biləcəyinə əmin deyil. Ona görə də görünür, Lavrov Ankaraya planlaşdırdığı səfər zamanı Qafqazdan danışmağa çalışacaq. Çünki hazırda Türkiyənin mövqeyi çox önəmlidir.

Azərbaycan Ermənistan ərazisinin bəzi hissələrini nəzarətə götürübmü? Düşünmürəm. Hesab edirəm ki, bu, daha çox təbliğatdır”, – deyə ekspert yekunlaşdırıb.

Rauf Orucov

The post “Bakı Laçın yoluna nəzarəti bərpa etməyə çalışır” appeared first on 24 saat.

24 saat” ““Bakı Laçın yoluna nəzarəti bərpa etməyə çalışır”” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button