2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Nazarbayevin qardaşı oğlunun zinət əşyalarını Qazaxıstana qaytarıblar

Agentlik bildirir ki, qiymətli əşyalar “uzaq xaricdəki ölkələrdə” aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib

Saytların yığılması Saytlarin yigilmasi

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulının 230 milyon dollarlıq qiymətli daşlarını və başqa zinət əşyalarını dövlətin nəfinə müsadirə ediblər.

Bu zinət əşyalarının müsadirəsini Qazaxıstan Korrupsiya ilə Mübarizə Agentliyi kriminal gəlirlərin leqallaşdırılması xətti ilə həyata keçirib.

Bu barədə məlumatı AzadlıqRadiosunun Qazax xidməti verib.

Agentlik bildirir ki, qiymətli əşyalar “uzaq xaricdəki ölkələrdə” aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib.

Lakin qurum bu qiymətli əşyaların nədən ibarət olduğunu açıqlamır.

Milyardlarla tengeni dövlətə özü qaytarıb

Bundan başqa antikorrupsiya xidməti bildirib ki, Satıbaldıulı xarici qiymətli kaqızlara 300 milyon dollar yatırıb.

Bildirilir ki, bu vəsait də tezliklə büdcəyə qaytarılcaq.

Ötən sentyabrda Astana məhkəməsi Satıbaldıulını əmlakının müsadirə olunması ilə 6 il müddətinə azadlıqdan məhrum edib.

Məhkəmə hökmünə görə onun habelə 10 il ərzində dövlət vəzifəsi tutması qadağan olunur.

Nazarbayevin qardaşı oğlu Kazaxtelekom şirkətində külli məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunurdu.

Məhkəmə dinləmələri zamanı bildirilirdi ki, Satıbaldıulı Kazaxtelekom və Nəqliyyat Xidməti Mərkəzi şirkətlərinə vurduğu ziyanın müqabilində büdcəyə on milyardlarla tenge ödəyib.

Lüksemburq şirkəti

Satıbaldıulı jurnalistlərin diqqətini Skyline Investment Company S.A. ofşor şirkətinin yeganə mənfəəatdarı olması faş ediləndən sonra cəlb etmişdi.

Bu şirkət Kazaxtelekom şirkətində 24 faiz paya malik idi.

Kazaxtelekom Qazaxıstanın telekommunikasiyalar bazarında inhisarçı mövqe tutur.

Şirkət bundan əvvəl bildirmişdi ki, onun sahibləri arasında Lüksemburq şirkəti də var.

Amma bu şirkətin mənfəətdarlarının kim olması açıqlanmamışdı.

Kayrat Satıbaldıulına dair informasiya Lüksemburq burada qeydiyyatdan keçmiş şirkətlərin sahibləri haqqında məlumatları açıqlayandan sonra aşkar olmuşdu.

Bundan əvvəl Lüksemburq bu informasiyaları açıqlamırdı. Amma ölkə Avropa İttifaqında çirkli pulların yuyulması ilə mübarizə proqramının tələblərinə uyğun olaraq bu məlumatı üç il əvvəl açmışdı.

24 saat” “
Nazarbayevin qardaşı oğlunun zinət əşyalarını Qazaxıstana qaytarıblar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button