Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov ölkəsinin Türkiyədən Bayraktar TB2 SİHA almaq variantlarını nəzərdən keçirdiyini açıqlayıb.
Bayraktar TB2 SİHA-ların istehsalçısı Baykar şirkətinin nümayəndələri ilə görüş keçirdiklərini bildirən Bolqarıstanın müdafiə naziri Dimitar Stoyanov, Baykarın onlara məlumat mübadiləsi və Bolqarıstan şirkətləri ilə əməkdaşlıq imkanı təklif etdiyini, lakin bu layihə haqqında danışmaq üçün hələ tez olduğunu bildirib. .
Bolqarıstan mətbuatında çıxan xəbərlərə görə, Stoyanov pilotsuz təyyarələrin alınmasının 2026-cı ilə qədər Bolqarıstan ordusunun modernləşdirilməsi planı çərçivəsində həyata keçiriləcəyini və büdcənin çox güman ki, 250-500 milyon avro aralığında olacağını bildirib. (İHA)
Tərcümə“24 SAAT”