2022-10-24 14:57:23
İranın Xarici İşlər sözçüsü Nasser Kanaani bu gün keçirdiyi mətbuat konfransında 2015-ci ildə İranın nüvə sazişi ilə bağlı açıqlama verib. 2021-ci ilin aprel ayından bəri danışıqların enişli-yoxuşlu davam etdiyini bildirən Kanaani, “Görüş xatirinə danışıqlar aparmırıq. “İran 2015-ci il nüvə sazişini yenidən həyata keçirməyə hazırdır, lakin Vaşinqtonda siyasi iradə çatışmır.
NÜVƏ MÜQAVİLƏSİ DANIŞAQLARI
Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 5 daimi üzvü və İran 2015-ci ildə İranın nüvə fəaliyyətlərinə nəzarəti özündə ehtiva edən “Əhatəli Birgə Fəaliyyət Planı” adlı saziş imzalayıb. ABŞ-ın keçmiş prezidenti Donald Tramp birtərəfli qaydada sazişdən çıxıb. 2018-ci ildə İran administrasiyası da nüvə fəaliyyətlərini davam etdirib.2021-ci ilin noyabrında ABŞ prezidenti Co Baydenin andiçmə mərasimi ilə razılaşmaya qayıtmaq üzrə işlərə başlanılıb və İrana layihə mətni təqdim edilərək danışıqlar aparılıb.
Tərcümə“24 SAAT”