2022-10-31 10:06:32
Cənubi Koreyada koronavirus epidemiyasından sonra ilk məhdudiyyətsiz Hellouin bayramı fəlakətə çevrildi. Paytaxt Seulun məşhur İtaevon bölgəsində izdiham nəticəsində 150-dən çox adam ölüb. 133 nəfər yaralanıb, onlardan 24-ü ağırdır. Ölənlərin sayının artacağından qorxan Cənubi Koreya prezidenti Yoon Suk-yeol dünən dəhşət filminə bənzər fəlakətdən sonra milli matəm elan edib. Şənbə günü şənliklərə 100 minə yaxın insanın qatıldığı bildirilib və izdihamın izdihamın bir məşhuru barda görmək istəyərkən başladığı iddia edilib. Rayonun dar ara küçələrində çoxlu sayda insanın yığılaraq öldüyünü qeyd edən səlahiyyətlilər, onlardan bəzilərinin ürək tutması nəticəsində dünyasını dəyişdiyini açıqlayıb.
Həm ölənlərin, həm də yaralananların əksəriyyətinin Halloween bayramı ilə əlaqədar geyim və makiyajda olması bu insanların kimliyini müəyyən etməyi çətinləşdirib. Hadisə şahidləri hadisəni “cəhənnəm kimi” adlandırarkən, insanların “domino kimi” bir-birinin üstünə düşdüklərini bildiriblər.
Cənubi Koreyada “Halloween” izdihamı: Çoxlu ölü və yaralı var
Tərcümə“24 SAAT”