2022-11-06 15:19:08
Dünyanın gözü və qulağı fevralın 24-dən Ukraynadan gələn xəbərlərdədir.
Rusiya prezidenti Putinin göstərişi ilə başlayan müharibə ölkənin şərq bölgələrində ölümlə davam edir.
Ukrayna torpaqlarını geri almaq üçün hücuma keçərkən ABŞ mətbuatından bomba kimi düşən iddia gündəmə gəldi.
ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” ABŞ-ın Rusiya ilə görüşmək üçün Ukraynaya təzyiq etdiyini yazıb.
Qəzet adı açıqlanmayan mənbələrə istinad edərək, ABŞ rəsmilərinin tələbinin Ukraynanı danışıqlar masasına oturtmaq məqsədi daşımadığını vurğulayıb.
Sözügedən mənbələrə görə, ABŞ Zelenskiyə təzyiq edir ki, nüvə müharibəsi qorxusunun artması fonunda Putinlə görüşə qoyulan qadağanı ləğv etsin və müharibəni bitirsin.
Bu xəbərin əks-sədası davam edərkən, Rusiyadan müharibə ilə bağlı flaş anons gəldi.
Əl-Cəzirə telekanalında yer alan xəbərə görə, Rusiya Donetsk vilayətinin strateji əhəmiyyətli Baxmut şəhərinə daxil olduğunu açıqlayıb.
Bölgədə gərgin toqquşmaların olduğu da məlumatlar arasındadır. Hər iki tərəfdən ziddiyyətli bəyanatlar gəlməkdə davam edir.
ZELENSKİ HÜCUM ƏMƏRİNİ VERİB
Zelenski Rusiya qüvvələrinə qarşı hücumdan bir neçə saat sonra Krımı geri alacağına söz vermişdi.
Ukrayna ordusu bu məqsəd uğrunda mübarizə apararkən, şərq bölgələrində də döyüşür.
Tərcümə“24 SAAT”