Belçikanın paytaxtı Brüsseldə yerli vaxtla saat 18:00 radələrində Avropa İttifaqı (Aİ) Şurası və AB Komissiyası binalarının ortasında yerləşən Şuman Vağzalının girişində bıçaqlı hücum təşkil edilib.
Hücum zamanı bir nəfər yaralanarkən, polis təcavüzkarı saxlayıb. Hücum səbəbindən stansiyada qatarların hərəkətində təxminən 40 dəqiqə gecikmə yaranıb. Hücumun səbəbi hələlik məlum deyil.
Ətrafdakıların lentə aldığı görüntülərdə iki polisin silahlarını təcavüzkarın üstünə tutaraq onu təslim olmağa çağırdığı, təcavüzkarın əlindəki bıçağı ataraq yerdə uzandığı görülüb. (İHA)
Tərcümə“24 SAAT”